
“Ərdoğanın Füzuliyə səfəri dünyaya mesajdır”
Yusif Nəzərli
09:32 25.10.2021
Siyasət
1269
Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına sayılı günlər, bəlkə də saatlar qalıb. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq. İşğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub: “Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”.
Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək. İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Türkiyə Prezidentinin iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək.

Türkiyə prezidentinin ölkəmizə səfərinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə “Sherg.az”a söyləyib ki, Ərdoğanın Füzuliyə gəlişi bütün dünyaya bir mesajdır:
“Yəni Türkiyə hər bir işdə Azərbaycanla birdir, həmrəyfdir. Füzuli Hava Limanı qısa müddətdə hazır oldu və bu, Azərbaycanın “Böyük qayıdış” layihəsinin sürətlə davam edəcəyinin sübutdur. Qardaş ölkə hər işdə olduğu kimi yenə də bizimlə bərabər olacaq.
Tezliklə “Böyük qayıdış” layihəsi yerinə yetiriləcək. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və günü-gündən güclənir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm