Erməni silahlıları yol kəsirlər, "yoxlama" aparırlar
Yusif Nəzərli
21:16 17.02.2022
Siyasət
749
Yük maşınlarımız öz torpaqlarımızdan geri qaytarılır
Ruslar nəinki sözlərində durdular, əksinə, daha betər təxribatlara şərait yaratdılar
"Təxribat aktlarının qarşısı sərt şəkildə alınmadıqca, ermənilər getdikcə daha da həyasızlaşacaq"
Media və sosial şəbəkələrdə yayılmış bir xəbər ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Xəbərə görə, Suqovuşandan Kəlbəcər rayonuna “sülhməramlılar”ın müşayiəti ilə yük aparan sürücülərimiz erməni silahlılarının “yoxlamasından” keçə bilməyib. Nəticədə yük maşınları geri qayıtmağa məcbur olub. 40 nəfərdən ibarət olan erməni silahlılarının “sülhməramlıların” sözünə belə əhəmiyyət vermədiyi deyilir.
Halbuki, razılaşmaya görə, Rusiya sülhməramlılarının vəzifəsi yük maşınlarının təhlükəsizliyini təmin etmək məqsədilə onu müşayiət etməkdir, maşında aparılan yükün nə olduğunu yoxlamaq deyil. Tutaq ki, maşında tank, top, silah aparılır, axı bu yük başqa ölkənin deyil, Azərbaycanın öz ərazisində daşıdığı öz yüküdür. Necə olur ki, Laçın dəhlizi vasitəsilə Ermənistandan və digər ölkələrdən Azərbaycana keçən yük və minik maşınları, insanlar səthi yoxlanılıb əraziyə buraxılır, amma Azərbaycanın öz ərazisində daşıdığı öz yükünü həm Rusiyanın, həm də separatçı rejimin polisi yoxlayır? Yoxlamanın hədəfi nədir, nəyi axtarırlar və qanunsuz olan nədir ki, onu axtarırlar? Biz öz ərazimizdə istədiyimiz yükü daşıya bilərik, Rusiya sülhməramlılarının vəzifəsi o yükün təhlükəsiz daşınmasını təmin etməkdir. Rusiya “sülhməramlıları”nın Qarabağdakı separatçı rejimin mövcudluğunun əsas təminatçısı olduğu bəllidir. Göründüyü kimi ara-sıra qondarma rejimin “legitimliyini” isbatlamaq üçün bu cür “nümunələrdən” də istifadə edirlər. Öz “sülhməramlılarını” Qarabağ ərazisinə yerləşdirən Moskva nəzarət etdiyi ərazilərə Azərbaycan dövlətinin təsirlərini maksimum azaltmaq siyasəti güdür. Problemin yaxın zamanda həll olmayacağını nümayiş etdirir. Təhlükəli məqamlardan biri də Qarabağda süni olaraq ruslaşdırma cəhdlərinin müşahidə olunmasıdır. İlk dəfə rus dilinin Qarabağda ikinci rəsmi dil kimi qəbul etdirilməsi, rus provaslav kilsəsinin Xocalıda tikilməsi, Rusiya ictimai və hərbi xadimlərinin büstlərinin qoyulması bunun təsdiqidir.
Narazılıq doğuran məqamla bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, təxribat aktlarının qarşısı sərt şəkildə alınmadıqca, ermənilər getdikcə daha da həyasızlaşacaq. Partiya rəhbəri bildirib ki, erməni quldurları artıq rus “sülhməramlıları”na da məhəl qoymur:
“Erməni silahlıları özləri yol kəsirlər, “yoxlamalar” aparırlar. Problem ondadır ki, “sülhməramlıların” və separatçıların özbaşına hərəkətlərinə, qanunsuz addımlarına rəsmi qaydada sərt reaksiya verilmir. Xatırlayırsızsa, bir müddət əvvəl separatçılar rus “sülhməramlıları” ilə birgə maşınlarımızın yoxlanmasında iştirak etmişdi. İctimai narazılıqdan sonra xəbər yayıldı ki, guya, Rusiya sülhməramlıları bunun bir daha təkrarlanmayacağına söz veriblər. Ruslar nəinki sözlərində durdular, əksinə, daha betər təxribatlara şərait yaratdılar. Əgər bu gün yük maşınlarımızın öz torpağımızda geri qayıtmasından danışırıqsa, deməli, ciddi ölçü götürməyin vaxtıdır. Ərazilərimizdə nəzarəti tam olaraq əlimizə almalıyıq. 10 noyabr üçtərəfli bəyanatın bəndləri sənədə imza atıldığı ilk gündən pozulub. Erməni hərbi birləşmələri hələ də bölgədən çıxarılmayıb. Rusiyaya xəbərdarlıqla iş bitmir. Dərhal anti-terror əməliyyatlarına başlamalıyıq”.
A.Əlizadə vurğulayıb ki, gözümüzün önündə separatçıların gücləndirilməsi üçün hər cür addım atılır:
“Səngər söhbətindən sonra xəbər yayılır ki, erməni tərəfi yazda torpaqlarımıza hücuma hazırlaşır. Rəsmi qurumların məsələyə yanaşması və cavabı çox sərt, adekvat olmalıdır. Ötən gün Baş Prokurorluq məlumat yaydı ki, baş separatçı Araik Arutyunyanun həbsinə hazırlıq gedir. Bu açıqlamadan sonra Arutyunyan başına torba keçirilərək Bakıya gətirilməlidir. Ancaq əməli addımlarla separatçıların təxribatlarının qarşısını almaq və onları zərərsizləşdirmək mümkündür. Əks halda daha ciddi hadisələrlə üzləşəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region