
“Ermənilərin kiber təxribatı beynəlxalq birliyə təhdiddir”
Yusif Nəzərli
11:58 13.12.2021
Siyasət
459
“Kibercinayətkarlıqla bağlı beynəlxalq təşkilatların, Avropa Şurasının qətnamələri var”
“Azərbaycan hökuməti dəfələrlə beynəlxalq qurumlara müraciət edib, lakin qurumlar Ermənistana ciddi sanksiyalar tətbiq etməyiblər”
“Əgər ciddi sanksiyalar tətbiq olunsaydı, bu kimi kibercinayətlərin davamlı olmasının qarşısını alardı”
Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibercinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq təşkilatlara 3 erməni hakeri ilə bağlı müraciət edib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib ki, ötən ilin iyununda Fuad Musayev adlı şəxsin adından insanlara məktublar daxil olub. Araşdırma nəticəsində məlum olub ki, bu hücumun arxasında Ermənistana məxsus “IT Security LLC” (itsec.am) şirkəti dayanır. Bu şirkət vasitəsi ilə Armen Qnuni (Armen Gnuni), İran ermənisi Ara Babaxani (Ara Babakhani), Aşot Mnatsakanyanın (Ashot Mnatsakanyan) həmin hücumu Fuad Musayev adı altında həyata keçiriblər.
“Xəmirləri” terror və təxribatla yoğrulan ermənilər indi də kibercinayətə əl atıblar. Öz çirkin əməllərinə çatmaqdan ötrü beynəlxalq normaları pozaraq dünya birliyinə zərər vurmaqdan da çəkinmirlər. 44 günlük Vətən savaşında hərb meydanından qaçan ermənilər monitor arxasına keçərək kibercinayətlər törədirlər. Beynəlxalq təşkilatlar ermənilərin təxribat əməllərinə göz yumaraq terroru, kibercinayəti alovlandırır. Aidiyyəti beynəlxalq institutlar vaxtında tədbir görməsələr, dünya ictimaiyyəti bunun ağır nəticələrini çəkə bilər.

Məsələ ilə bağlı “Sherg.az”a danışan internet-media eksperti Səbuhi Abbasov bildirib ki, belə təxribatlar kiber sənayesinin çökməyinə gətirib çıxarır:
“Kibercinayət sahəsində ermənilər çox ciddi şəkildə təşkilatlanıblar. Onların bu sahə üzrə formalaşan qruplaşmaları son 10 ildə Azərbaycana qarşı çoxlu təxribatlar həyata keçiriblər. Bu tipli hücumlar bu gün də davam edir. Ermənilərin kiber təxribatı beynəlxalq birliyə təhdiddir. Azərbaycana qarşı 44 günlük savaşdan sonra hücumlar daha total şəkildə oldu. Kibercinayətkarlıqla bağlı beynəlxalq təşkilatların, Avropa Şurasının qətnamələri var. Azərbaycan hökuməti dəfələrlə beynəlxalq qurumlara müraciət edib, lakin qurumlar Ermənistana ciddi sanksiyalar tətbiq etməyiblər. Əgər ciddi sanksiyalar tətbiq olunsaydı, bu kimi kibercinayətlərin davamlı olmasının qarşısını alardı. Aiddiyyəti qurumlar təxribatlarla bağlı beynəlxalq birliyə məlumatı düzgün şəkildə çatdırmalıdır. Beynəlxalq birliyə vuracağı zərər açıq şəkildə göstərilməlidir”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq