
Ermənistan hələ də nəyəsə ümid bəsləyir - ŞƏRH
23:28 11.09.2024
Siyasət
441
İrəvanın konstitusiya dəyişikliyini 2027-ci ilə saxlaması bütün mətləbləri açır
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolu konstruktiv idi. Onun sözlərinə görə, Rusiya 2020-ci ildə müharibədən sonra uğurla vasitəçilik edə və barışıq imzalaya bildi: "Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarı Rusiyadır. Bu rolu ABŞ, AB və digər ölkələr - Fransa və Almaniya davam etdirdi. Və azərbaycanlı həmkarımla sonuncu görüş Qazaxıstanda baş tutub”. Mirzoyan Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkürünü bildirib: “Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməməlidir, bu nəzəri, aksiomatik həqiqətdir”.
Ermənistan XİN başçısının bəyanatını şərh edən politoloq Azər Qasımov "Sherg.az”a deyib ki, Mirzoyan yenə də erməni xislətinə xas fikirlər söyləyir.

Ekspert vurğulayıb ki, Rusiyaya qarşı Paşinyan hakimiyyətinin mövqeyi bəllidir: "Erməni rəsmisi sadəcə Rusiyaya xoş gəlsin deyə, həm də onun mövqeyini yumşaltmaq xatirinə fikir söyləyir. İkitərəfli görüşlərə üstünlük verməsi ilə bağlı ifadələr onun fikrinin məğzini ifadə edir. Rusiyaya inanmadıqlarını bildirirlər. Buna rəğmən, İrəvanın özünün ikitərəfli görüşlərdən qaçması onun əsl üzünü göstərir. Ermənistan hələlik heç bir formatda sülhə hazır deyil. Beynəlxalq konyukturun uyğun olmadığı durumda hələ ki Ermənistan sülh bağlamaq istəmir. Hələ də nəyəsə ümid bəsləyir. Yeni beynəlxalq durumda inisiativi ələ keçirməyə çalışır".
Həmsöhbətimizin fikrincə, İrəvanın konstitusiya dəyişikliyini 2027-ci ilə saxlaması da bütün mətləbləri açır: "Məsələ ondadır ki, həmin ilə qədər bir çox beynəlxalq proseslər yerinə oturacaq. Dünya nizamının konturları böyük ölçüdə qurulacaq. Məncə, hazırda İrəvan hökumətinin bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Dəfələrlə sübut olunub ki, Ermənistan ancaq güc dilindən anlayır. Nə zaman ki, Azərbaycan öz təzyiqlərini Ermənistan üzərində artırıb, nəticə almaq şanslarımız artıb. Əsl reallıq budur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət