"Ermənistan üçtərəfli bəyanatın şərtlərinə hörmətlə yanaşmağa məcburdur"
Turan
10:15 05.09.2021
Siyasət
632
“Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi absurd və təhrikçi fikirlər onu göstərir ki, bu ölkənin kilsəsi kimi diplomatiya qurumu – Xarici İşlər Nazirliyi də rəsmən şər yuvasıdır”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, nazirlər dəyişsə də, Ermənistanın xarici siyasətindəki şər mövqeyi əsla dəyişmir:
“2018-ci ildən bəri Nikol Paşinyanın komandasında yer tutmuş üç xarici işlər nazirinin üçünün də - Zöhrab Mnasakanyan, Ara Ayvazyan və Ararat Mirzoyanın da ritorikası və mövqeyi eynidir. Onlar sözdə “sülh”dən dəm vursalar da, lakin əsl həqiqətdə isə destruktiv-davakar mövqe tutur. Öz provokativ açıqlamaları ilə sanki odun üstünə benzin tökməyə, onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Ararat Mirzoyanın Ermənistanın daim “Artsax xalqı”nın öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsinə kömək edəcəyi barədə söylədiyi sərsəm fikir də bu qəbildəndir. Onun bu açıqlaması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində açıq-aşkar separatçılığın qızışdırılmasına xidmət edir. Bu, bir revanşist, təxribatçı açıqlamadır. Mirzoyanın bu açıqlaması onu göstərdi ki, Ermənistanın yeni xarici işlər nazirinin qeyri-davakar, liberal mövqe tutacağına, regionda “sülh, sabitlik və təhlükəsizlik” prinsiplərindən çıxış edəcəyinə qətiyyən ümid bəsləməyə dəyməz. Deməli, bu ölkənin yaxın gələcəkdə təcavüzkar-revanşist siyasətini davam etdirəcəyi məlum olur”.
Ə.Hüseynov qeyd edib ki, “Sorosun uşaqları”ndan sayılan A.Mirzoyan unutmamalıdır ki, indi bölgədə şərtləri İrəvan yox, Bakı diktə edir:
“Ermənistan 10 noyabrda Rusiya və Azərbaycanla birgə imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə hörmətlə yanaşmağa, bu şərtləri qeydsiz-şərtsiz yerinə yetirməyə məcburdur. Ermənistanın başqa alternativi yoxdur. Odur ki, Ermənistan tərəfi revanşist bəyanatlara, təhrikçi davranışlarına və saxta sülhhpərvərliyinə son qoyub, konstruktiv mövqe tutmalı, real sülh istiqamətində qəti addımlar atmalıdır. İrəvanın sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubatması və gərginliyin artmasında maraqlı olması sonda Ermənistanın özü üçün növbəti fəlakətlərlə nəticələnə bilər. Paşinyan və onun naşı xarici işlər naziri bu cür revanşist ritorika ilə nə daxili, nə də xarici siyasətdə heç bir uğur qazana bilməz. Ermənistanın xilası revanşist ritorikada və qeyri-səmimi “sülh” bəyanatlarında deyil. Bu gün Ermənistanı idarə edənlər düşdükləri “dalan” vəziyyətindən çıxmaq istəyirlərsə, bundan sonra açıqlamalarında ehtiyatlı olmalı və rəsmi Bakının real sülh çağırışlarına müsbət cavab verməlidirlər. Əks təqdirdə, bir müddətdən sonra Ararat Mirzoyanın da Ara Ayvazyan kimi biabırçı şəkildə aradan çıxdığının şahidi olacayıq. Paşinyanı isə daha təhlükəli aqibət gözləyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm