Ermənistana nəfəs vermək islam adına xəyanətdir
Yusif Nəzərli
05:30 08.10.2021
Siyasət
274
Cənub qonşumuz öz mövqeyində ciddi dəyişiklik etməlidir
İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian “Rossiya-24” kanalına müsahibəsində Tehranın Bakı və İrəvanla olan münasibətlərindən danışıb. Xarici işlər naziri bildirib ki, qonşularla əlaqələrin inkişaf etdirilməsi İranın yeni hökumətinin başlıca prioritetlərindən biridir. Abdullahian fürsət düşən kimi Bakı və İrəvana səfər edəcəyini açıqlayıb: “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı ola bilmərik. Bizim xarici siyasətimiz balanslaşdırılmışdır.
İki gün əvvəl erməni həmkarım Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarım da İranı ziyarət edərdi”. Moskvaya səfər edənə qədər Abdullahian Bakıya qarşı ağır ittihamlar səsləndirirdi. Görünür, Lavrovla görüşdən sonra XİN rəhbəri mövqeyini bir qədər “yumşaltmağa” çalışıb. Lakin İranın baş diplomatı “qaş düzəltmək istərkən, üstəlik gözü də çıxarıb”. Abdullahian “biz qonşulardan biri ilə digərinə qarşı ola bilmərik” ifadəsi ilə işğalçı ilə təcavüzə məruz qalmış tərəflər arasında fərq qoymadıqlarını açıq ifadə edib. XİN rəhbəri xristian Ermənistana hərtərəfli yardım verməklə, “din qardaşı” dediyi Azərbaycana qarşı açıq qərəz nümayiş etdirməyi “balanslaşdırılmış” siyasət adlandırıb.
Tehranın rəsmi Bakıya qarşı sərgilədiyi düşmən mövqe ilə bağlı “Şərq”ə fikirlərini bölüşən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, İran son 30 ildə, xüsusən Azərbaycan ərazisinin bir hissəsi erməni işğalında olduğu dövrdə Azərbaycana və Ermənistana münasibətdə öz yanaşmasını ortaya qoyub. Partiya rəhbəri bildirib ki, Tehran hökuməti konkret olaraq ermənilərə dəstək verib:
“Bunu ermənilər özləri rəsmi səviyyədə etiraf edirlər. İrana səfərləri zamanı vurğulayırlar ki, iranlılar olmasaydı, Ermənistan bundan daha pis vəziyyətə düşərdi. Zəbt etdiyi torpaqları 28 il ərzində işğal altında saxlaya bilməzdi. İranın Azərbaycana mənfi münasibəti 44 günlük savaşdan və qələbədən sonra daha da kəskinləşdi. İran heç bir halda Azərbaycanın qələbəsini həzm edə bilmir, etmək istəmir. Ona görə də Ermənistana daha artıq, açıq-aşkar formada dəstək verməyə başlayıb”.
A.Əlizadə vurğulayıb ki, son günlər rəsmi Bakının və Azərbaycan rəhbərliyinin ciddi reaksiyasından və sərt etirazından sonra Tehran bir qədər yumşalma meyli göstərməyə başladı:
“Lakin İranın həqiqi siması bizə məlumdur. Hələ də Azərbaycanla Ermənistan arasında fərq görmür. XİN rəhbərinin açıqlaması bunu açıq ifadə edir. Torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan və viran qoyan cinayətkar bir ölkə ilə haqsızlığa uğramış Azərbaycan tərəzinin eyni gözünə necə qoyula bilər? Müsəlman İranın Qarabağda 67 məscidi yerlə-yeksan edən, içərisində donuz saxlayan Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış siyasət aparması nə deməkdir?! Özünü “islam dövləti” elan edən İranın “din qardaşı” saydığı Azərbaycana münasibəti hec cür başadüşülən deyil. Cənub qonşumuz öz mövqeyində ciddi dəyişiklik etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol