Ermənistanda sosial sifariş!- “Azərbaycan və Türkiyə ilə normal münasibət..."
Banuçiçək Kalbalıyeva
08:49 21.06.2021
Siyasət
609
“Petrosyanın “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” bəyanatı hazırkı hökumət üçün “yol xəritəsi” olmalıdır”
“İrəvan səhvlərindən nəticə çıxarmalı və normal qonşuluq siyasətinə keçməlidir”
Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticəsi məlum olub. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib. Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.
“Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb.Əslində bu, təkcə Azərbaycan yox, həm də region üçün arzuolunan ssenari idi. Çünki 10 noyabr və 11 yanvar müqavilələrinə məhz Paşinyan imza çəkmişdi. Revanşistlər hakimiyyətə gəlsə, həmin sənədlərdə əksini tapan müddəların icrası ləngiyə bilərdi. İndiki halda isə bu ehtimal çox azdır...
Politoloq Tofiq Abbasov rəsmi İrəvanın bundan sonrakı xarici siyasəti barədə ehtimallarını “Sherg.az”la bölüşdü:
“Yeni qələbə əsasında hakimiyyətə gələn köhnə hökumət özündə cəsarət taparaq əvvəlki siyasətindən əl çəkməlidir. Şübhəsiz ki, Ermənistanın məğlubiyyəti ancaq Paşinyanla bağlı deyil. Əvvəlki hökumət başçıları, o cümlədən Ter-Petrosyan özü də hazırkı nəticənin səbəbkarlarından biridir. Onların hər biri məsuliyyət daşıyır.
Petrosyanın “Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur” bəyanatı hazırkı hökumət üçün “yol xəritəsi” olmalıdır. İrəvan səhvlərindən nəticə çıxarmalı və normal qonşuluq siyasətinə keçməlidir”.
T.Abbasovun fikrincə, bu, real məsələdir:
“Daha loyal siyasət yeritmək üçün ölkə daxilində əsaslar var. Paşinyana səs verənlər Köçəryan və Sarkisyana, yəni köhnə siyasətə “yox” deyənlərdirlər. Yəni Azərbaycan və Türkiyə ilə normal münasibətlərə keçid Ermənistanda sosial sifarişə çevrilib. Biz düşmən olsaq da, Türkiyədə 100 mindən artıq erməni yaşayır. İmkanları olsa, Azərbaycana da gələrlər. Hökumət bütün bunları nəzərə almalıdır. Başqa alternativ yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur