“Ermənistanın baş diplomatı demaqogiya ilə məşğuldur”
Turan
14:45 12.07.2019
Siyasət
865
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal nazirlər görüşündə çıxışı zamanı “Dağlıq Qarabağ münaqişəsinin oradakı insanlara aid olması və ermənilərin hüquqlarının müdafiə olunması” ilə bağlı fikirlərinə münasibət bildirib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva deyib ki, işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən erməni naziri söylədiklərinə həqiqətən inanırsa, o zaman işğal nəticəsində əzəli torpaqlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir:
“İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz”.
Erməni tərəfinin absurd açıqlamasını “Sherg.az”a dəyərləndirən Birinci Qarabağ müharibəsinin iştirakçısı, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov nazir Mnatsakanyanı ilk növbədə insan, sonra isə diplomat olmağa çağırıb:
“İşğalçı Ermənistanın provokator xarici işlər nazirinin sözləri absurddur.
Mnatsakanyanın bəhs etdiyi torpaqlar Azərbaycanın işğal olunmuş əraziləridir. Bütün dünya bilir ki, bu torpaqları Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt olunub.
Nəticədə isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən erməni vətəndaşlarımız yox, məhz azərbaycanlı vətəndaşlarımız qaçqına, məcburi köçkünə çevriliblər. Həmin məcburi köçkünlərdən biri də şəxsən mən özüməm”.
Qarabağ qazisi bildirib ki, əsl erməni xislətini nümayiş etdirən Mnatsakanyanda zərrə qədər ədalət hissi varsa, o zaman öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların insan hüquqlarından bəhs etsin:
“Ermənistanın baş diplomatı cəfəngiyyatla və demaqogiya ilə məşğuldur. ATƏT rəsmilərinin gözlərinə kül üfürmək lazım deyil. Təşkilatda insan hüquqları və demokratik dəyərlərin qorunması prinsipinə hörmətlə yanaşmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou