
Fərid Şəfiyev: ABŞ Azərbaycan əlaqələrinin müsbət inkişaf edəcəyini proqnoz etmək mümkündür
12:51 13.02.2025
Siyasət
460
Amerika-Azərbaycan əlaqələrinin yaxşılaşması ABŞ-Ermənistan münasibətlərinin dayanması anlamına gəlmir
ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlməsi Azərbaycanın Prezident Tramp ilə birgə əməkdaşlıq təcrübəsində müsbət dönüş nöqtəsi oldu. Onun prezidentliyi dövründə Azərbaycan və ABŞ arasında enerji, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində səmərəli əməkdaşlıq həyata keçirildi. Prezident Trampın rəhbərliyi altında ABŞ-ın yeni hərbi münaqişələrə başlamaması beynəlxalq arenada stabilliyin qorunmasına və güc balansının saxlanmasına şərait yaratdı. Bu, Azərbaycanın öz milli maraqlarını müdafiə etməsi və regional problemlərin həlli istiqamətində daha rahat addımlar atmasına imkan verdi. Lakin son dörd il ərzində Bayden administrasiyasının Azərbaycana qarşı sərgilədiyi ədalətsiz yanaşma iki ölkə arasındakı strateji münasibətlərə mənfi təsir göstərdi.
Xüsusilə, ABŞ-ın regiondakı geosiyasi proseslərə qərəzli müdaxiləsi və ikili standartlarla yanaşması Azərbaycanla əlaqələrin soyumasına səbəb oldu. Buna baxmayaraq, Prezident Trampın növbəti dəfə hakimiyyətə gəlməsi perspektivi Azərbaycanın qarşıdakı dörd illə bağlı ümidlərini artırır. Tramp administrasiyası dövründə Vaşinqtonun müstəqil dövlətlərə daha realist və balanslı yanaşması, eyni zamanda, ABŞ-ın Azərbaycanla münasibətlərdə əməkdaşlıq ruhunu qoruması ölkəmizin gələcəkdə ikitərəfli əlaqələrin yenidən inkişaf edəcəyinə inamını gücləndirir. Azərbaycan, beynəlxalq əməkdaşlığa açıq bir ölkə kimi, ABŞ-la qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin bərpasına nikbin baxır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Sherg.az”a söyləyib ki, ABŞ dünyanın lideridir və Azərbaycanın Amerika ilə əməkdaşlığı bir çox sahələri əhatə edir:

“Son bir neçə il ərzində keçmiş Bayden administrasiyası ilə Azərbaycan arasında problemlər var idi. İlk olaraq həmin problemləri həllinə nail olmaq və daha sonra əlaqələri inkişaf etdirmək lazımdır. Məsələn, USAİD-in zərərli fəaliyyətinin dayandırması ilə bağlı ciddi addımlar atılmalıdır. 1990-cı illərdə ABŞ və Azərbaycanın əlaqələri təhlükəsizlik, enerji- iqtisadi və hümanitar sahələrdə inkişaf etmişdi. Bu üç istiqamətdə müəyyən dəyişikliklərin olması gözləniləndir. ABŞ üçün əsas prioritet öz müttəfiqləriylə əlaqələri yenidən nəzərdən keçirməkdən və yeni strategiya əldə etməkdən ibarətdir. Bu mənada ABŞ Azərbaycan əlaqələrinin müsbət inkişaf edəcəyini proqnoz etmək mümkündür.
Ekspert qeyd edib ki, Bayden administrasiyasının hakimiyyətinin son dönəmində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanmışdı:
"Bəzi ekspertlərin fikrincə, Tramp həmin xartiyaya son qoyacaq. Lakin məndə olan məlumatlara görə bu addım Tramp administrasiyası ilə razılaşdırılıb. Digər tərəfdən isə etiraf etmək lazımdır ki, Cənubi Qafqaz Tramp administrasiyası üçün prioritet olmayacaq. Tramp Yaxın Şərq və Ukrayna məsələsini həll etməyə çalışacaq. Ermənistan və ABŞ arasında imzalanan xartiya bir neçə layihədən ibarətdir, xüsusilə də onların Sərhəd Mühafizə Xidmətinin Ermənistana getməsi buraya daxildir. Xartiya daxilində olan layihələr baş tutacaq. Çünki ABŞ-yə hansı administrasiyanın gəlməsindən asılı olmayaraq İran-Ermənistan sərhədinə nəzarət etmək Vaşinqtonun marağına uyğundur. Yəni Amerika-Azərbaycan əlaqələrinin yaxşılaşması ABŞ-Ermənistan münasibətlərinin dayanması anlamına gəlmir”.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm