Fidan və Mirzoyan Yaxın Şərqdəki hadisələri müzakirə ediblər

Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdəki hadisələri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Tərəflər Yaxın Şərqdəki hadisələri müzakirə edib, vəziyyətin davamlı olaraq gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Nazirlər regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinin vacibliyini vurğulayıblar.