Fransa Azərbaycanın diplomatik korpusunu qorumağa borcludur
Yusif Nəzərli
09:24 06.10.2022
Siyasət
585
Erməni vandallarının Parisdə at oynatması bu ölkə üçün ayıbdır
"Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı rəsmi Bakının Fransaya nota verməsini və bu ölkədən təzminat tələb etməsini dəstəkləyir və alqışlayırıq!". Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, Fransa hökuməti diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirmir: "Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunmur. Ancaq bu o demək deyil ki, Fransanın bu cür saymazyana, məsuliyyətsiz davranışları cavabsız qalacaq.
Biz ilk növbədə Birləşmiş Millətlər Təşkilatını (BMT) Fransa hökumətinə üzərinə götürdüyü öhdəlikləri, imzaladağı konvensiyaları xatırlatmağa çağırırıq. Eyni zamanda Fransa Prezidenti Emmanuel Makrona tövsiyə edirik ki, qulağının dibində
- Parisin mərkəzində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı törədilmiş zorakılıq aktlarının, vandalizm hərəkətlərinin hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün hərəkətə keçsin.
Fransanın "cəngəlliklər vadisi" yox, gerçəkdən də bir hüquq dövləti, sivil ölkə olduğunu əməldə təsdiqləsin. Azərbaycan Fransanın Bakıdakı səfirliyinin və digər nümayəndəliklərinin mühafizəsini qüsursuz şəkildə həyata keçirdiyi kimi Fransa hökuməti də Azərbaycanın diplomatik nümayəndəliklərinin mühafizəsini lazımi qaydada təmin etməyə borcludur. Bu baxımdan, biz Parisdəki səfirliyimizin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunmasını tələb edən hökumətimizin yanındayıq.
Erməni vandallarının və təxribatçılarının Fransada at oynatması bu ölkə üçün ayıbdır. Dünyanın "demokratiya beşiyi" və "hüquq dövləti" adına iddialı olan Fransada Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı zorakılıq və vandalizm hərəkətlərinə birdəfəlik son qoyulmalıdır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət