“Fransa bütün Türk dünyasına düşmən münasibəti bəsləyir” – TAİB Fransaya etiraz edir
Yusif Nəzərli
08:56 14.10.2022
Siyasət
490
Eyvaz Hümbətov: “Türk Ağsaqqalları Birliyi olaraq Fransanın danışıqlar prosesində olmasına etiraz edirik”
“Fransa yenidən çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində vasitəçi rolu qazansın. Buna isə ümumiyyətlə ehtiyac yoxdur. Hazırkı gedişat, konkret olaraq danışıqlar prosesinin ümidverici məqamlarla müşahidə olunması prosesə əlavə bir vasitəçinin də qoşulmasına zərurət yaratmır. Fransa 30 il guya vasitəçi oldu. Artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizlik nümayiş etdirmək əvəzinə, Ermənistanın ədalətsiz mövqeyi və işğalçılıq siyasətinin yanında dayandı”.
"Sherg.az" xəbər verir ki, bunu Missiya.Az-a açıqlamasında Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvü, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov deyib.
TAİB rəsmisi hesab edir ki, Fransa erməni lobbisindən alınan pullara görə ötən illər ərzində Azərbaycanın haqlı mövqeyinə xələl yetirməyə, qarayaxma kampaniyaları aparmağa, dünya siyasətinə təsir imkanlarımızı azaltmağa çalışıb: “Özü də bu ölkə bütövlükdə türk və müsəlman dünyasına düşmən münasibəti bəsləyir. Bu gün Fransada insanlara münasibətdə dini, irqi ayrıseçkilik müşahidə olunur.
Qardaş Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxan əsas ölkələdən biri, bəlkə də birincisi elə Fransadır. Türk dünyasına qarşı ədalətsiz mövqe tutan, bu dünyanın bir parçası olan Azərbaycana qarşı hər cür yaramazlıqlara əl atan, Türkiyəni hər fürsətdə daşlamağa çalışan, açıq şəkildə ermənipərəst siyasət yürüdən bir ölkə hansı üzlə, hansı haqla yenidən bizimlə Ermənistan arasında vasitəçi olmaq istəyir?
Biz Türk Ağsaqqalları Birliyi – TAİB olaraq Fransanın danışıqlar prosesinə müdaxilə cəhdlərini pisləyir və hesab edirik ki, rəsmi Bakı Fransanın olduğu yerlərdə olmamalıldır. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq Fransanın danışıqlar prosesində olmasına etiraz edirik. Buna qəti şəkildə yol vermək olmaz.
Biz Fransaya inanmırıq və əminik ki, bu ölkənin Azərbaycanla Ermənistan arasında danışıqlarda iştirak etməsi prosesə yaxşı heç nə vəd edə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə