GUAM-ın Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
16:11 11.08.2025
Siyasət
335
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bütün regionda ədalətli və davamlı sülhə nail olmağa imkan yaradan razılaşmanın əldə edilməsi ilə bağlı tarixi nailiyyət münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından Sizə və Sizin simanızda Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.
İki ölkə arasında sülh sazişinin ABŞ Prezidentinin iştirakı və şahidliyi ilə Vaşinqtonda, Ağ Evdə paraflanması Sizin rəhbərliyinizlə Azərbaycan diplomatiyasının əldə etdiyi mühüm uğurdur. Şübhəsiz ki, bu hadisə regiondakı proseslərə yeni dinamika gətirərək geosiyasi tarazlığı yenidən formalaşdıracaq, eləcə də beynəlxalq sülhə və əməkdaşlığa təkan verəcək və onları möhkəmləndirəcək.
Sülhə nail olmaq yolunda bu mühüm uğur yalnız Azərbaycan Respublikasının şanlı Qələbəsindən və işğal olunmuş torpaqlarının azad edilməsindən, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra mümkün olub.
Biz, həmçinin bildiririk ki, bu, müdrik Lider və görkəmli dövlət xadimi kimi Sizin şəxsi qələbənizdir. Təlatümlü və çətin beynəlxalq şəraitdə sülh naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Biz Sizin prinsipial mövqeyinizi, qətiyyətinizi və GUAM-ın üzvü olan dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumaq uğrunda apardıqları mübarizədə dəstəkləməkdə yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Həmişə olduğu kimi, biz regional təşkilat olaraq Qara dəniz və Xəzər dənizi regionlarında sülh, sabitlik, əməkdaşlıq və firavanlıq istiqamətində siyasətinizi dəstəkləməyə hazırıq.
Zati-aliləri, bu əlamətdar hadisə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edir, sülh gündəliyinizi bundan sonra da həyata keçirməkdə Sizə uğurlar arzulayırıq. Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət