Hakan Fidan: Türkiyə bu gün Cənubi Qafqazda əməkdaşlıq yaradan bir aktordur
12:55 11.04.2025
Siyasət
249
Fövqəladə proseslərin baş verdiyi bir dövrdə Antalya Diplomatik Forumunu keçiririk.
APA-nın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
Hakan Fidan deyib ki, bu Forum dünyanın müxtəlif qütblərini bir araya gətirməkdədir: “Bu forum qısa müddətdə dünyada mötəbər bir platformaya çevrilib. Forumun builki mövzusu parçalanan dünyada diplomatiyanın rolu ilə bağlıdır. Vasitəçilikdən regional və qlobal əməkdaşlığa, problemlərin həll yoları ilə bağlı müzakirə aparacağıq. Bununla da diplomatiyanın yenidən önə çıxarmağı planlaşdırırıq”.
Türkiyə XİN başçısı qeyd edib ki, bu gün diplomatiyanı dəhlizlərdən və masalardan ibarət görmək yanlışdır: “Bu gün saniyələr içərisində dünyanın bir ucundan digərinə mesaj çatdırılır. Digər qlobal problemlər – enerji böhranı, kiberhücumlar, ticarət savaşları da qeyd olunmalıdır. Qlobal transformasiyanı yaşayırıq. Hazırkı mövcud beynəlxalq sistem problemləri həll edə bilmir. Ölkələr arasında etimad zəifləyir, itir. Silahlanma yarışı yenidən başlayıb. Beynəlxalq təşkilatların zəifləməsi ən ciddi sınaqlar olaraq qarşımıza çıxmaqdadır. Qaydasızlığın, özbaşınalığın hökmran olduğu bir gələcək istəmiriksə, təsirli diplomatiyaya ehtiyac var. İnşallah, bu yolla daha ədalətli bir dünya qurulacaq”.
Hakan Fidan nəzərə çatdırıb ki, bu gün BMT dünyanın tələblərini qarşılaya bilmir, güclülərin əlində vasitəyə çevrilib: “Bu, Qəzza böhranında da özünü göstərdi. Artıq mizraq çuvala sığmır. Ədalətə söykənməyən istənilən sistem yıxılmalıdır. Türkiyə böhranların mərkəzində, ancaq çözümlərin də mərkəzində duran bir ölkədir. Bu gün Türkiyə Ukraynada, Suriyada, Qəzzada sülhə çalışan bir ölkədir”.
Hakan Fidan onu da qeyd edib ki, Türkiyə bu gün Cənubi Qafqazda əməkdaşlıq yaradan bir aktordur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi