
Havada barıt qoxusu...! - Ağ Ev Ukraynanın “ağ günə” çıxara biləcəkmi?! – AKTUAL
Yusif Nəzərli
14:01 15.02.2022
Siyasət
1069
Ukrayna prezidenti Vladimir Zelenski ölkəni tərk edən Ali Radanın deputatlarını 24 saat ərzində geri qayıtmağa çağırıb. O, bu barədə prezident aparatının Facebook səhifəsində yayımlanan mətbuat konfransında bildirib. V.Zelenskinin sözlərinə görə, bəzi xalq deputatları artıq qohumlarını belə xaricə aparıb. Ukrayna lideri onlara ölkəyə qayıtmaq üçün 24 saat vaxt verib: “Düşünürəm ki, onlar qayıtmalıdırlar, əks halda biz hamımız dövlət, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq”.
Siyasi şərhçi Aqşin Kərimov Ukraynadakı hazırkı vəziyyəti “Sherg.az”a dəyərləndirib:
“Fevralın 14-də Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunu qəbul etdi. Elə həmin gün Ukrayna Prezidenti Almaniya kansleri Olaf Şoltsla Kiyevdə görüşdü. Putinin baş diplomatla uzun masa arxasında əzələ nümayişi ilə müşayiət olunan müzakirələri görünür ki, Zelenskidə “müharibə başlayacaq” mövqeyini gücləndirdi. Eyni gündə Zelenski müharibə öncəsi atmosfer ovqatında çıxış edərək ictimai rəyi qanlı ssenariyə hazırlayan tezislər səsləndirdi. Beləliklə, fevralın 16-sı Ukrayna üçün milli birlik günü elan edildi”.

A.Kərimovun fikrincə, hazırda Ukrayna NATO və Rusiyanın ona uzanan caynaqları arasında qalaraq vəziyyətdən çıxış yolu tapmağa çalışır:
“Ancaq onun ritorikası Moskvanın hər keçən gün öz caynaqlarını itiləməyə rəvac verir.Qərb ölkələrinin əksəriyyəti isə Ukraynanı Rusiyanın ağuşuna atmaqdan məmnun kimi görünür və Britaniya istisna olmaqla rəsmi Kiyevin hərbi müdafiəsi üçün ən zəruri hərbi tədbirlərdən çəkinirlər. Bu situasiyanın tablosu Rusiyanı qürrələndirir və Moskva “əzələlərini şişirtməyə” davam edir”.
Analitik Putinin müdafiə naziri Şoyqu ilə görüşünə diqqət çəkib:
“Burda müdafiə naziri Rusiyanın keçirdiyi hərbi təlimlər haqqında məruzə edib, hərbi dairələrin donanmalarının dənizlərdə təlimlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Bu,Rusiyanın NATO-ya “biz dənizdəki strateji dərinləklərdə də güclüyük və sulardan istədiyimiz zərbələri endirə bilərik” mesajıdır, daha doğrusu gövdə nümayişidir. Şoyqu ABŞ sualtı gəmisinin Rusiya ərazilərinə daxil olduğunu və müdaxilə ilə ərazilərdən çıxarıldığını xatırlatması belə deməyə əsas verir ki,əks qütbdə mövqelənən Rusiya və ABŞ bir-birinin sularına dalaraq çəkindirici amil yaratmaq niyyətlərini göstərirlər”.
Siyasi şərhçi ABŞ-nin gözlənilən Ukrayna-Rusiya müharibəsindəki hazırkı mövqeyinə toxunub:
“Hazırda Ağ Ev Ukraynanın “ağ günə” çıxmasını təmin edən akta çevrilə bilmir. Belə məqamda isə növbə yenə diplomatiyanındır. Rusiyanın hədələyici tondakı təhlükəsizlik zəmanətləri ilə bağlı sənədə ABŞ-ın cavabını iki hissəyə bölmək olar: Əvvəla o rəsmi Moskvanın müəyyən etdiyi üç əsas problemə reaksiya ver(m)ir. Bu,NATO-nun genişlənməməsi, Rusiyanı təhdid edən silahların Avropada yerləşdirilməməsi və Avropadakı hərbi-texniki konfiqurasiyanın əvvəlki vəziyyətinə (1997-ci il tablosuna) qaytarılması ilə bağlıdır.Yəni ABŞ bu tələblərə dair öhdəlik götürməkdən boyun qaçırır. Bu isə Rusiyanı qane etmir. Daha sonra Kreml bildirir ki, hər bir dövlətin ittifaq seçmək hüququ öz təhlükəsizliyini başqa dövlətin hesabına gücləndirməmək öhdəliyi ilə məhdudlaşdırılmalıdır. Rusiya ABŞ-ın bu tezisə münasibətini nisbətən konstruktiv xarakterli hesab edir, çünki burada silahların məhdudlaşdırılmasına dair komponentlər də daxildir”.
A.Kərimovun qənaətincə, hazırda Rusiya-Ukrayna arasındakı müharibə qoxusu hissediləcək dərəcədə artsa da, Qərblə Rusiya arasında diplomatik təmaslar yenə də davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol