Hazırlıqlı olmalıyıq!-“Fransada, Yaxın Şərqdə erməni terrorçuları yetişdirilməkdədir”
10:53 17.09.2021
Siyasət
524
“Ermənistanda terrorçu-diversiya qrupları yaradılmalıdır. Tarixə nəzər salsaq görərik ki, məhz terrora əl atmaq erməni xalqının son ümid yeri olub”.
Bu bəyanatla “Monax” ləqəbli keçmiş erməni zabiti Artur Ayvazyan çıxış edib. Ayvazyan erməni xalqına müraciət edərək, bu qrupların formalaşdırılmasında, təlimində köməklik etməyə çağırıb: “Başqa yolumuz qalmayıb: yalnız xırda terror aktları törədərək düşmənə zərbə endirmək olar. Bunun üçün xüsusi təlim görmüş «peşəkarlara» ehtiyacımız olacaq.
Sonradan PKK ilə də hər hansı bir yolla razılaşa bilərik. Onların bizə bu işdə çox köməyi dəyə bilər. Vəziyyət çox ciddidir. Hər gün bir addım geri çekilirik. Zəngəzuru, ümumiyyətlə yaddan çıxarın artıq. Zəngəzur əlimizdən getdi. İndi İrəvanda hamı bir-birini ittiham etməklə məşğuldur. Amma bu çıxış yolu deyil. Tək yolumuz – diversiya qrupları yaratmaqdır. Amma bunu hüquqi müstəvidə etmək mümkün deyil. Bunu dövlətdən kənar yol ilə yaratmalıyıq. Məni dediklərimə görə qınayan çox olacaq, amma həmin adamlara bir sualım var: Başqa yolumuz varmı?”, – deyə o, qeyd edib.
Terrorizm, təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə türk ekspert Həsən Məsud Öndər mediaya açıqlamasında Fransa kəşfiyyatının erməni təxribatçılarını öz təlim düşərgələrində hazırladığı haqda məlumat yayıb.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov bu barədə “Sherg.az”a danışdı. O, erməni ideologiyasının terrorizm üzərində qurulduğunu diqqətə çatdırdı:
“Özlərini qəhrəman hesab edən şəxslər Azərbaycan və Türkiyəyə qarşı guya mübarizə aparmaq, Cənubi Qafqazdan çıxarılmamaq üçün yeganə çıxış yolunu terrorda görürlər. Bu, Azərbaycan üçün gözləniləndir. Ən azından ona görə ki, dünyada ilk terror təşkilatı məhz Ermənistanda yaradılıb. Müxtəlif məlumatlara görə, Fransada, Yaxın Şərqdə erməni terrorçuları yetişdirilməkdədir. Deməli, hazırlıqlı olmalıyıq. Amma düşmən hansısa yolla, o cümlədən terrorla Azərbaycana qalib gələ bilməyəcəyini unutmamalıdır. Əksinə, bu, rəsmi İrəvanı daha pis vəziyyətə salacaq. Hətta belə davam etsə, gələcəkdə Ermənistan Cənubi Qafqazdan çıxarıla bilər”.
Z.Məmmədovun fikrincə, İkinci Qarabağ müharibəsinin ilk ildönümünədək ciddi provokasiya gözlənilmir:
“Ermənistanın bu gün hansısa revanş cəhdi, o cümlədən təxribat üçün imkanı yoxdur. Ara-sıra sərhəddə baş verənlərin arxasında Ermənistanın havadarları dayanır. Onlar öz məqsədləri üçün İrəvandan istifadə edirlər”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil