
Hikmət Baboğlu: Rusiya -Azərbaycan münasibətlərinin daha da dərinləşməsi zərurəti var
13:40 19.08.2024
Siyasət
573
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə gəlib.
Putin səfər çərçivəsində İlham Əliyevlə görüşü zamanı Rusiyanın Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla Prezident İlham Əliyevlə aparılan danışıqların nəticələrini müzakirə edəcək. Putin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olacaq. Eyni zamanda Vladimiz Putin bildirib ki, Bakı fəal şəkildə inkişaf edərək Cənubi Qafqaz regionunda vahəyə çevrilir. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşü zamanı Bakıda olduğundan və bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyindən çox şad olduğunu vurğulayıb. “Əmin oldum ki, siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir”, - Rusiya lideri qeyd edib.
Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və hazırda davam etməkdədir. Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə olması göz qabağındadır. Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir.
İki ölkə arasındakı münasibətləri “Sherg.az”a dəyərləndirən millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri 2022-ci ilin fevral ayında “müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında” bəyannamə imzalandıqdan sonra tamamilə yeni bir mərhələyə qalxıb:

“Hazırda dünyada və regionumuzda baş verən dərin strateji hadisələr kontekstində münasibətlər yenidən irəliyə doğru atılacaq birgə addımları zəruri edib. Bu gün dünyanın təkcə nizamı deyil, həm də iqtisadi və nəqliyyat kommunikasiyaları yenidən formalaşır. Bu kontekstdə Rusiya və Azərbaycan Şimal-Cənub dəhlizi yolu üzərində çox mühüm ölkələrdir. Hər şeydən öncə Şimal-Cənub marşrutu dünyanın yeni iqtisadi mərkəzlərini birləşdirəcək mühüm əhəmiyyətli nəqliyyat kommunikasiya vasitəsinə çevriləcəkdir. Burada Rusiya və Azərbaycanın maraqları biri-birini tamamlamaqla iki ölkənin inkişafı üçün olduqca yaxşı əsaslar yaradır. Bu, məsələnin bir tərəfidir. Paralel olaraq Şərq-Qərb nəqliyyat dəhlizi də aktualdır. Çünki dünyanın bütün iqtisadi mərkəzləri hazırda dəniz yollarına alternativ olaraq quru yolları marşrutları axtarırlar. Bu da tarixi təbii coğrafiyadan keçməklə ən qısa və rentabelli marşrut olmalıdır. Həmin marşrut isə Rusiya və Azərbaycan ərazisindən keçməklə mümkündür. Nəzərə almaq lazımdır ki, Rusiya ərazi etibarilə dünyanın birinci dövlətidir, iqtisadiyyat etibarilə də Cənub və Şərq Qərb arasında olduqca mühüm və irimiqyaslı bir coğrafiyadır. Amma bütün bunlarla bərabər, Rusiya və Azərbaycan arasında tarixən formalaşan münasibətlər də var ki, bu da əslində 20-ci ildən sonra yeni mərhələyə qədəm qoydu. 200 illik fasilədən sonra Rusiya və Azərbaycan arasında şaquli deyil, paralel münasibətlər formalaşdı. Bu da özlüyündə yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Ona görə də düşünürəm ki, Rusiya kimi böyük bir qonşu ilə hərbi və iqtisadi baxımdan əməkdaşlığın dərinləşməsi Azərbaycanın milli maraqlarına uyğundur və yeni yaranmış milli çağırışlar kontekstində bu münasibətlərin daha da dərinləşməsi zərurəti var. Ona görə də Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı məhz bu kimi mühüm məsələlər müzakirə olunacaq və hər iki ölkənin maraqlarına cavab verən zəruri anlaşmalar imzalanacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol