İƏT-in Mərkəzinin rəhbəri: İslamofobiya inanılmaz bir templə yayılmaqdadır
Yusif Nəzərli
07:02 08.03.2024
Siyasət
478
"İslamofobiya inanılmaz bir templə yayılmaqda, geniş vüsət almaqdadır."
Bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel müzakirəsində İslam Əməkdaşlıq Təşkilatının İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto deyib.
"İslamofobiya inanılmaz bir templə yayılmaqda, geniş füsət almaqdadır. Bununla bağlı statistik məlumatlar var. BMT-nin qətnaməsi, İslamofobiya ilə bağlı günün təsis olunması mütərəqqi bir addımdır. Ayrı-seçkiliyə, zorakılığa qarşı mübarizə aparmaq lazımdır. Bu istiqamətdə qətiyyətli addım atan ölkələrə, şəxslərə təşəkkür edirik. BMT qətnaməsi qlobal səviyyədə İslamofobiyanın mövcudluğunu təsdiqləyir, bunun danılmaz fenomen olduğu qeyd olunur. Vurğulanır ki, İslamofobiya nifrətin, ayrı-seçkiliyin, dözümsüzlüyün təzahürüdür", o bildirib.
O deyib ki, İslamofobiya ilə mübarizə tədbirlərinin sayı artırılmalı, sülh, tolerantlıq təbliğ edilməli, ciddi addımlar atmalıdır:
"Bu istiqamətdə qətnamələr, sənədlər qəbil olunmalıdır".
O, həmçinin rəhbəri olduğu İslamafobiya Observayoriyasının fəaliyyəti barədə danışaraq deyib ki, mərkəz tərəfindən hazırlanan hesabatlar ölkələrə təqdim olunur:
"Azərbaycan kimi ölkələrin İslamofobiyaya qarşı mübarizə ilə bağlı resursları zəngindir və vacib addımlar atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya