İlham Əliyev Astanada iranlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
14:54 13.10.2022
Siyasət
454
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdən məmnunluğunu ifadə edən Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının İran İslam Respublikasının qonşuları içərisində ölkəsi üçün çox vacib tərəfdaş olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti dedi ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini dedi.
Dövlətimizin başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə etdi.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırdı. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd etdi.
Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldı.
14:26
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə