İndidən UNESCO-ya bəyan etməliyik
Yusif Nəzərli
07:51 16.02.2022
Siyasət
944
"Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir"
“Müharibədən sonra illərlə işğal altında saxladığı əraziləri itirən Ermənistan hazırda UNESCO-nun Qarabağa nümayəndə heyəti göndərməsini istəyir”. Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, bu məsələdə İrəvana Moskva da dəstək verir: “Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova deyib ki, Moskva qısa zamanda UNESCO-nun Qarabağa heyət göndərməsinə tərəfdardır. İrəvanı anladıq.
“Qarabağdakı erməni abidələrinin albanlaşdırılması” adı altında saxta ittihamlarına əsaslanaraq dəstək qazanmağa çalışır. Bəs Moskvanın marağı nədir? Bəlkə Moskva da İrəvanın saxta iddiasına şərikdir, bununla Azərbaycana qarşı əlavə təzyiq aləti əldə etmək istəyir?”.
E.Şahinoğlu vurğulayıb ki, torpaqlarımız işğal altında ikən UNESCO Qarabağda dağıdılan məscidlər, muzeylər və kitabxanalarla maraqlanmayıb:
“Ancaq ermənilərin və onların havadarlarının çağırışı ilə azad olunmuş ərazilərə təcili nümayəndə heyəti göndərməyə qərar verib. Birincisi, beynəlxalq təşkilatın Qarabağa göndəriləcək nümayəndə heyətinin necə formalaşacağı prosesini diqqətdə saxlamalıyıq. Şübhə etmirəm ki, erməni lobbisi həmin heyətə öz adamlarını salmağa çalışacaq. İkincisi, indidən UNESCO-ya bəyan etməliyik ki, Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir. Əks halda nəticələr Azərbaycan tərəfindən tanınmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol