İqtidar-müxalifət dialoqu, yoxsa növbəti görüş
Fidan Həmişəyeva
08:41 09.09.2021
Siyasət
724
Natiq Cəfərli: "İndiyə qədər bizim partiya ilə dialoq çərçivəsində 12 görüş keçirilib"
Pənah Hüseyn: "Dəvət almamışam"
Mirmahmud Mirəlioğlu: "Xalqımıza maraqlı olan məqamlar müzakirə oluna bilər"
Siyasi partiyalar iqtidarlı-müxalifətli yenidən toplaşacaq. Cümə axşamı baş tutacaq dialoqda nələrin müzakirə ediləcəyi açıqlanmayıb. İqtidar və müxalifət dialoqu onlayn formatda baş tutmalıdır.
Partiyalar iqtidar-müxalifət dialoquna hazırdırmı, yaxud dəvət gəlibmi?
Sualımızı cavablandıran ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Şərq”ə açıqlamasında vurğulayıb ki, bəlli mövzularla bağlı internet üzərində onlayn konfrans keçiriləcək:
“Əsas müzakirə olunacaq məsələ 44 günlük Vətən savaşından sonra yaranmış vəziyyət və qarşıda duran problemlər, bu problemlərdən çıxış yolları ilə bağlı siyasi partiyaların baxışlarına dair fikir mübadiləsinin aparılmasıdır. İndiyə qədər bizim partiya ilə dialoq çərçivəsində 12 görüş keçirilib. Bu görüşlərdə müxtəlif təkliflər səsləndirilib və bəziləri ilə bağlı işlər gedir. Məsələn, QHT qanunvericiliyinə dair son tamamlama işləri aparılır. Verdiyimiz təkliflərin də nəzərə alınacağını düşünürük.
İqtidarla-müxalifət arasında fikir ayrılıqlarının olması ilə bağlı müzakirələr və müxtəlif problemlərə alternativ baxışların sərgilənməsi çox yaxşıdır. Çünki ölkənin qarşısında duran problemlərlə əlaqədar ortaq məxrəcə gələrək müəyyən addımların atılması üçün fürsət yaranır. Keçiriləcək onlayn konfransda partiyamızın sədri İlqar Məmmədovun çıxışı gözlənilir. Çox güman ki, tərəfimizdən bir çox tezislərin səsləndirilməsi olacaq. Artıq ölkədə postmüharibə dönəmindəki bir çox məsələ ilə əlaqədar müəyyən ideyalar var. Bu ideyaların irəli sürülməsinə dair təkliflərimizi qeyd edəcəyik”.
Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, iqtidarla-müxalifət arasında hansısa görüş, dialoq olmayacaq:
“Məndə olan məlumata görə, bu, onlayın konfransdır və konfransı da görüş adlandırmaq düzgün deyil. Həmin onlayn müzakirələrə hələ ki, dəvət almamışam. Təbii ki, söz verilsə, çıxış edəcəyəm”.
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun fikrincə, onlayn konfransda aktuallıq kəsb edən məsələlərin müzakirəsi olacaq:
“Daha çox hamının diqqətini cəlb edən və xalqımıza maraqlı olan məqamlar müzakirə oluna bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya