İran bizim daxili işlərimizə qarışa bilməz
Yusif Nəzərli
22:34 16.11.2022
Siyasət
363
Kommunist partiyasının sədri deyib ki, əleyhimizə qarşı atılan istənilən addıma cavab verməyə gücümüz çatır
"İranın ölkəmizə qarşı hərəkətlərindən ciddi narahatıq. Hesab edirik ki, İran layiqli cavabını almalıdır. İranın əleyhimizə atdığı istənilən addımına, yanlış hərəkətinə cavab verməyə Azərbaycanın gücü, qüdrəti çatır". Bu sözləri "Şərq"ə açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib. Partiya rəhbəri deyib ki, o, Azərbaycan və İran arasındakı münasibətlərin hər zaman ikitərəfli, qarşılıqlı əməkdaşlığa söykənməsinin, mehriban qonşuluq əlaqələrinin tərəfdarı olub.
Nəzərə alıb ki, orada bizim 40 milyonluq soydaşımız yaşayır: "Daim ifadə etmişəm ki, bu iki dövlət və xalq arasında qızışdırıcı mövqedən çıxış edənlər düşmənin dəyirmanına su tökmüş sayılırlar. Lakin əfsuslar olsun ki, İran hökuməti tərəfindən müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq faktları ilə rastlaşırıq. Bundan çox təəssüflənirəm və belə halları pisləyirəm. Azərbaycan dövləti və prezident dəfələrlə bəyan edib ki, bizim heç bir ölkənin daxili işinə qarışmaq fikrimiz yoxdur. Məqsədimiz dinc quruculuqla iqtisadiyyatımızı genişləndirmək, əhalinin sosial rifah halını yaxşılaşdırmaq olub.
Qonşularımızla da xoş və qarşılıqlı münasibət qurmaq, dostluq əlaqələrini formalaşdırmaq niyyətində olmuşuq və bu yöndə addımlar atmışıq.
Amma İran hökumətindən bu münasibətin tamamilə əksini müşahidə edirik. Müxalifətdə olan siyasi partiyanın rəhbəri olsam da, milli maraqlar ətrafında daim həmrəylik nümayiş etdirmişik. Bu, ən vacib şərtlərdən biridir. İranın ölkəmizin daxili işlərinə kobud formada müdaxilə cəhdləri, Azərbaycanı təhdid etməsi, əzələ nümayiş etdirməsi sadə bir vətəndaş kimi məni narahat edir. İran hökuməti Azərbaycana qarşı çox yanlış siyasət həyata keçirməkdədir. Tehran hökuməti cəmiyyətin hakim dairələrinə mənfi münasibətini nəzərə almalıdır. Yaxşı olar ki, İran öz daxilindəki problemlərlə məşğul olsun".
R.Qurbanov vurğulayıb ki, adətən, ölkələri mənsub olduqları dinə görə təsnifləndirməkdən uzaq olub:
"Hansı dinə qulluq etməsindən asılı olmayaraq, hər dövlətin öz siyasi maraqları var. Ancaq hər şeydən əvvəl İranın, şiə-müsəlman dövlətin Azərbaycana qarşı bu qədər soyuq və yad münasibət sərgiləməsi qəbuledilməzdir və hər birimizdə dərin təəssüf hissi doğurur. Azərbaycan dövləti və ictimaiyyəti İranın yanlış mövqeyinə və davranışına layiqli cavab verməlidir. Müvafiq orqanlarımız Tehrana ciddi xəbərdarlıq etməlidir. Heç bir vəchlə İranın bizim daxili işlərimizə qarışmasına yol verilməməlidir. Əminəm ki, ictimaiyyətimizin birliyi və həmrəyliyi sayəsində İranın ölkəmizə qarşı xoşagəlməz addımlarının heç bir təsiri olmayacaq".
Məlumat üçün bildirək ki, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi İranla bağlı bəyanat da yayımlayıb. Bəyanatda Tehranın son günlər atdığı addımları, ölkə daxilində baş verən zorakılıq olayları, etirazçılara qarşı törədilən vəhşiliklər pislənilib. Qeyd olunub ki, İrandakı etirazlar ümumxalq hərəkatıdır və etirazların əsas səbəbi xalqın iradəsinə zidd olan, ölkədəki ictimai-siyasi dəyişikliklərə istiqamətlənmiş cəhddir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm