"İran Ermənistan qədər də konstruktiv davrana bilmədi"-ŞƏRH
Yusif Nəzərli
08:59 10.10.2021
Siyasət
333
"İranın pisliyi necə deyərlər, elə onun özünə qaldı".
Bu sözləri "Sherg.az"a açıqlamasında
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, cənub qonşumuzun öz hava məkanını Naxçıvana gedən təyyarələrimizin üzünə bağlaması barədə qərar verməsinin üzərindən çox keçməmiş, öncə Gürcüstanın, sonra isə Ermənistanın atdığı əks addımlar İran üçün sözün əsl mənasında pis sürpriz oldu:
" Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu. Bu, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Eyni zamanda rəsmi Bakının çevik diplomatiyasının nəticəsidir".
Ə.Hüseynov vurğulayıb ki, Gürcüstanla bərabər Ermənistan da öz hava məkanından Azərbaycan təyyarələrinin istifadə etməsinə icazə verdi:
"Beləliklə, “Azərbaycan Hava Yolları” şirkətinin təyyarələri bu gündən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri yerinə yetirərkən Zəngəzur üzərindəki hava dəhlizindən istifadə etməyə başlayıb. Əlbəttə, İran nə Gürcüstandan, nədəki Ermənistandan belə bir naqolay münasibəti gözləmirdi. Onların bu addımı İranın öz hava məkanını Azərbaycan təyyarələri üçün bloklamasını təsirsiz hala gətirdi. Düzdür, bu ölkələr məlum addımı ilk növbədə öz milli mənafelərindən, geosiyasi maraqlarından çıxış edərək atıblar. Ancaq bütün hallarda onların bu addımı İranın iç üzünün üzə çıxmasına şərait yaratdı. İran yaxşı qonşu olmadığını göstərdi. Cənub qonşumuz bu epizodda hətta regionun ən təxribatçı, cığal ölkəsi sayılan Ermənistan qədər də konstruktiv davrana bilmədi. Bu gedişlə İran regionda tamamilə təklənə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya