
İran gərginliyi artırır: Bu, Azərbaycanla yanaşı, Türkiyə ilə də...”
13:25 20.09.2021
Siyasət
679
İran Azərbaycanla sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir. Hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib. Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib. Bu rəsmi Tehranın rəsmi Bakıya əzələ nümayişidirmi?

Sualımızı cavablandıran Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikrincə, İranın dövlət başçısına bu məsələ ilə bağlı müraciət etsək, cavabında bildirər ki, öz ərazimdir, harada istəyirəmsə təlimlər keçə bilərəm:
“Məntiqlə İranın hərbi təlim keçirməsi normal haldır. Ancaq Ermənistanla-Azərbaycanın indiki gərgin vəziyyəti, eləcə də İranla-Ermənistan arasında gərgin siyasi vəziyyətdə bu təlimin keçirilməsi bir mesajdır. Mesaj ondan ibarətdir ki, Azərbaycanla-Türkiyə “Şuşa Bəyannaməsi”nə əsasən Azərbaycanın ərazisində birgə hərbi manevrlər keçirirlər. Eyni zamanda Azərbaycan qanunlarını pozan iki İran vətəndaşı saxlanılıb. İran sürücüləri qanunsuz olaraq Gorus-Qafan yolundan istifadə edir və Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərir. Belə bir gərgin situasiyada dövlətimizin İrana qarşı etirazları var. Rəsmi Tehran isə bu etirazlara cavab vermir, əksinə gərginliyi daha da artırır.
İranın xarici ölkələrlə münasibətdə prinsipi gərginliyi, problemi gücləndirmək və onu həll eləməkdir. Yəni İran Azərbaycan sərhəddində hərbi təlimlər keçirməklə iki ölkə arasında gərginliyi artırır. Bu, təkcə Azərbaycanla yox həm də Türkiyə ilə gərginliyin artırılmasıdır. İki ölkə ilə gərginliyi artırdıqdan sonra isə idarəçiliyi əlinə almaq istəyir. Məsələn, bundan sonra iranlı diplomat və səfirlər işə düşməyə başlayacaq, guya Azərbaycanla münasibtələri normallaşdırmaq istəyəcəklər. Bütün bunlar isə İranın təlimlər keçirməsi üçün boş yerə pul xərcləməsindən başqa bir şey deyil”.
S.Soltan qeyd edib ki, Azərbaycan İranı təhdid etmir:
“Dövlətimiz işğaldan sonrakı dövrdə öz ərazisində yenidənqurma, təmizləmə və qaçqınların yurdlarına qayıtması ilə məşğuldur. Azərbaycan dəfələrlə bəyan edib ki, İran istəyirsə, bu prosesdə iştirak edə bilər. Ancaq İran işğal dövründə və işğaldan sonra oyundan kənar vəziyyətdə qaldığı üçün indi ciddi cəhdlə özünə haqq qazandırmağa, gərginlik yaratmağa, perspektivdə isə o gərginliyi idarə etməyə çalışır.
Azərbaycan heç kimlə müharibə etmək niyyətində deyil, hərbi potensialımız ancaq ölkənin ərazi bütövlüyünün təmininə görədir. İranla mübarizə edəsi vaxtımız yoxdur. Çünki İran Azərbaycana düşmən dövlət deyil. Birincisi, orada 35 milyon soydaşımız var, ikincisi isə müsəlman dövlətidir. Hər iki hal Azərbaycanı İrana düşmənlik etməyə imkan vermir. Bu təlimlər hakimiyyətdə olan müəyyən qrupun regionda İranı aparıcı dövlət kimi göstərmək cəhdidir, ancaq çox uğursuz addımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil