İran informasiya müharibəsini dayandırmayıb - RƏY
18:46 23.12.2023
Siyasət
543
Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hədəfə alan silsilə verilişlər, analitik yazılar davam edir
"İran Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir". Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, İranda İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) bağlı sosial şəbəkə kanallarında və digər kütləvi informasiya vasitələrində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və dövlət quruluşunu hədəfə alan silsilə verilişlər, analitik yazılar davam edir: "Azərbaycan Tehran rejiminin israrlı tədbirlərindən sonra İranla münasibətləri normallaşdırmaq istiqamətində ciddi addımlar atdı. Zəngəzur dəhlizinin "Araz seqmentinin" İran ərazisindən keçməsini təmin etdi. Dövlətlərarası müqavilələr imzalandı, danışıqlar aparıldı. Amma Tehranın hakimiyyət strukturlarında bir neçə qurum anti-Azərbaycan siyasətini davam etdirir. İran Xarici İşlər Nazirliyi və SEPAH Azərbaycanı hədəfə alan terror təşkilatı təsis edir və onlara bağlı media vasitəsilə hücum siyasətini davam etdirir. Xüsusilə Tehran rejimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımları narahatlıqla qəbul edir".
Analitik qeyd edib ki, İrandan Azərbaycana qarşı davam edən informasiya təxribatı bitməyəcək: "Bununla İran rejimi daima Azərbaycanı təzyiq siyasətində saxlamaq istəyir. İkinci, Güney Azərbaycan məsələsinin bununla gündəliyə daşınmasının qarşısını almaq. İranın hakimiyyət quruluşuna nəzarət edən SEPAH İranın paniranist dərin dövlətidir. Ona görə də anti-Azərbaycan siyasətlərini davam etdirməklə, bütöv Azərbaycan quruluşunu hədəfdə saxlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi