İran "İsrail iddiasını" saqqız kimi çeynəyir
Yusif Nəzərli
22:26 15.10.2021
Siyasət
420
Əlisahib Hüseynov: "30 ildə bütün Yaxın və Orta Şərq coğrafiyası üçün terrorçu dəstələri rəsmi Tehranın “strateq”ləri özləri yaradıb"
Dövlət Sərhəd Xidməti açıqlama yayaraq Azərbaycan ərazisində üçüncü ölkənin və ya hər hansı terrorçu dəstələrin mövcud olmadığını rəsmi şəkildə bəyan edir. Eyni zamanda üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddiaların yalan olduğunu bildirir. Lakin məkrli geosiyasi oyunlar oynamağa çalışan Tehrandakı molla-fars rejiminin nümayəndələri “İran heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcək” kimi absurd bəyanatı tutuquşu kimi təkrarlamağa davam edirlər. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə jurnalistlər üçün verdiyi brifinqdə isterikaya qapılaraq deyib ki, İran öz təhlükəsizliyi ilə bağlı heç kəslə zarafat etmir: “İsrail hara daxil olursa, ora qeyri-sabitlik, terror gətirir. Biz bu barədə Bakıya demişik. İsrail bölgənin qeyri-sabit olmasını istəyir. Tehran və Bakı üçüncü ölkələr onların münasibətlərinə mane olmasın deyə ehtiyatlı olmalıdırlar. Biz heç bir qonşu ölkədə İsrailin mövcudluğuna dözməyəcəyik”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, bu sözlər bir diplomata, XİN rəsmisinə yaraşan ritorika deyil. Partiya rəhbərinin sözlərinə görə, mollalar İranı bu cür primitiv zehniyyətlə idarə edirlər:
“İran qonşularına münasibətdə “ikili standart”lardan çıxış etməyə üstünlük verir. Görünən odur ki, onlar yalan və böhtan xarakterli məlumatlar yaymağı, təhrikçi ifadələr işlətməyi də artıq dövlət siyasətinə çevirməkdədirlər. İran siyasətçiləri və generalları Azərbaycan ərazisində, xüsusən də sərhədyanı bölgələrdə İsrailə aid hər hansı bir hərbi obyektin və yaxud insani qüvvənin, resursun olması barədə indiyə qədər bir dənə də olsun real fakt, sübut ortaya qoya bilməyiblər. Lakin “İran heç bir qonşu ölkədə sionizmin mövcudluğuna dözməyəcək” uydurmasını saqqız kimi çeynəməyə davam edirlər. Son 30 ildə bütün Yaxın və Orta Şərq coğrafiyası üçün terrorçu dəstələri rəsmi Tehranın “strateq”ləri özləri yaradıb, bəsləyirlər. Ancaq utanmadan Azərbaycan ərazisində hansısa terrorçuların olmasından dəm vururlar. Bu mollalar həqiqətən də çox gülməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm