İran “oyundankənar vəziyyət”dədir:“...Nüfuzunu itirir”
Banuçiçək Kalbalıyeva
12:31 28.07.2021
Siyasət
789
“Bundan sonra Tehran proseslərdə aktiv iştirak etməyə çalışacaq”
“Hansısa vasitəçilik missiyasını öhdəsinə götürə bilər”
Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub. Nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələlərini müzakirə ediblər. Onlar, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov tərəflər arasındakı təmasları “Sherg.az”a şərh etdi:
“Nazirlər təxminən bir həftə əvvəl də danışmış, Qurban bayramı ilə əlaqədar təbrikləşmişdilər. Ümumiyyətlə, cənub qonşumuz son vaxtlar bölgədə baş verən hadisələrdə maraqlı olduğunu göstərir. Çünki regional əhəmiyyətli proseslər gedir. “Şuşa Bəyannaməsi”, “Bakı Bəyannaməsi” və s. buna misaldır. Həmin sənədlər Cənubi Qafqazdakı yeni geosiyasi reallığın təzahürüdür. Dediyim kimi, müharibədən sonra yeni reallıq yarandı. Bu mənzərənin əsas iştirakçıları Azərbaycan, Türkiyə və Rusiyadır. Ona görə də İran baş verənlərə qısqanclıqla yanaşır. Və regionda tədricən nüfuzunu itirən İran “oyundankənar vəziyyətdə” qalmaq istəmir”.
S.Zahidov, həmçinin rəsmi Tehranın narahatlığının səbəblərini açıqladı:
“Cənub qonşumuz Cənubi Qafqazın və Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı anlayır. Belə ki, Azərbaycan şimalla cənub, şərqlə qərb nəqliyyat dəhlizinin qovşağında yerləşir. İkinci bir tərəfdən, ortada Xəzər dənizinin statusu problemi var. Və bu məsələdə bir çox hallarda tərəflər razılığa gələ bilmirlər. Onu da nəzərə almaq lazımdır ki, İran heç vaxt Azərbaycanın güclənməsini istəməyib.
Özünü dost kimi aparan Tehran əslində İrəvana hər cür dəstək verməkdədir.
Xüsusilə Qafqaz şeyxi Allahşükür Paşazadənin məlum açıqlamasının yaratdığı ajiotajla İran hakimiyyəti düşünməyə məcbur qaldı. Bundan sonra Tehran proseslərdə aktiv iştirak etməyə çalışacaq. Hansısa vasitəçilik missiyasını öhdəsinə götürə bilər.
Fəqət, regionda Türkiyə və Rusiya kimi əhəmiyyətli rol oynaya biləcəyinə inanmıram.Eyni zamanda İranın hansısa təxribatlara əl atması da ağlabatan deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya