İrandakı terrorun detalları: Terrorçu diplomatların yaşadığı mənzillərə atəş açıb - VİDEO
Yusif Nəzərli
11:44 06.02.2023
Siyasət
347
“Azərbaycanın İrandakı səfirliyinin müşahidə kameralarının vasitəsilə səfirliyimizə edilmiş terror hücumu qeydə alınıb. Terrorçu səfirliyin binasına daxil olduqdan iki dəqiqə sonra İran polisləri səfirliyin önünə gəliblər. Lakin onlar hadisəyə müdaxilə etməyiblər”.
bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə keçirdiyi brifinqdə deyib.
O bildirib ki, səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev terrorçunun üzərinə atılaraq ona müqavimət göstərib.
“Lakin terrorçu gödəkcəsindən tapança çıxararaq Vasif Tağıyevə atəş açıb. Vasif Tağıyev çənəsindən yara alıb”, - deyə Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, terrorçu çölə çıxıb, səfirlikdə yaşayan Azərbaycan diplomatlarının yaşadıqları binaya dalbadal atəş açıb.
Ayxan Hacızadə qeyd edib ki, terrorçu istəyinə çatmadığını gördükdə “Molotov kokteyli” atıb.
“Bütün bunlar zamanı İran polisi heç bir müdaxilə etməyib. Vasif Tağıyev terrorçuya müqavimət göstərməkdə davam edib”, - deyə Ayxan Hacızadə əlavə edib.
XİN rəsmisi qeyd edib ki, İran polisinin terrorçuya müdaxilə etməməsi terrorun planlaşdırılmış olduğunu göstərir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov - hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Şəhid olan baş leytenant Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Mərhumun iki övladı var.
Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 3-də terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Tağıyev Vasif Natiq oğlu;
“Vətən uğrunda” medalı ilə:
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra);
İmanov Mahir Kamil oğlu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
