İranın hücumlarına görə İstanbulda fövqəladə iclas keçiriləcək

Martın 7-də İstanbulda Türk Dövlətləri Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə TDT Baş katibi Kubanıçbek Ömürəliyev məlumat verib.

"Sabah İstanbulda Türk Dövlətləri Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçiriləcək və burada əsas regional və qlobal hadisələr müzakirə olunacaq. Biz türk dünyasında əməkdaşlığı gücləndirməyə davam edəcəyik", - o qeyd edib.

İclasda İranın Türkiyə və Azərbaycana raket və dron hücumlarının müzakirə olunacağı gözlənilir.