İsrail KİV: “İran regionu təhdid edir, İsrailin Azərbaycan və Bəhreynlə yaxınlaşmasından narazıdır”
Yusif Nəzərli
08:33 15.11.2022
Siyasət
633
İran İsrailin Azərbaycan və Bəhreynlə münasibətlərini yaxşılaşdırmasını açıq-aşkar şəkildə qəbul etmir. O, qonşularını təhdid etmək yolu ilə İsrailin diplomatik uğurunun qarşısını almağa çalışır.
“Report” xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzetində dərc olunan məqalədə deyilir.
Məqalə müəllifləri İran mətbuatındakı məqalələri təhlil edir və İranın İsrailin Qafqazdakı rolundan narahatlığından bəhs edən materiallara istinad edirlər: “Xüsusən də İranın “Fars News” qəzetinin baş məqaləsində Azərbaycanla bağlı tənqidlər yer alır və İranın İsrailin sərhədləri yaxınlığında olmasına dözməyəcəyinə dair fikirlər səsləndirilir”.
“Fars News”un məqaləsində bildirilib ki, İran İslam Respublikası sionist rejimin milli təhlükəsizliyinə qarşı yönəlmiş iştirakına və fəaliyyətinə dözməyəcək və bununla bağlı hər cür lazımi tədbir görəcək.
Bildirilib ki, Tehran həmçinin Bakını heç bir xarici dövlətin onun siyasətinə təsir etməyə imkan verməməyə çağırır: “Bu, Azərbaycanın Türkiyə və İsraillə sıx əlaqələrinə cavabdır”.
“Azərbaycan uzun illərdir İsrailyönümlü hərəkatlara və hətta sionizmin regionda birbaşa mövcudluğuna sponsorluq edir. O unudub ki, bu regionda ciddi və tarixi böhranlar zamanı bu ölkənin ərazi bütövlüyünü qoruyub saxlayan və regiondankənar güclərin bu regionda strateji nizamı pozmasına imkan verməyən məhz İran olub”, - “Fars News” iddia edib.
İranın “Tasnim news” nəşrində isə Bəhreyndəki müxalif fəallara istinadən məqalə dərc olunub.
“Jerusalem Post”un yazarları hesab edirlər ki, bu iki məqalənin ümumi tendensiyası həm Bəhreynə, həm də Azərbaycana xəbərdarlıq etmək məqsədi daşıyır: “Təsadüfi deyil ki, İran regionda qorxu yaymaq üçün hipersəs raketlər kimi yeni silahlardan bəhs edir. Tehran İsrailin regionda ən qabaqcıl hava hücumundan müdafiə sistemlərinə malik olduğunu bilir. Odur ki, o, yeni raketlərin tezliklə hava hücumundan müdafiə sistemlərindən yayınacağını bəyan edib. İslam Respublikası yaxın keçmişdə də İsraili yüksəkdəqiqlikli hərbi sursatlarla hədələməyə çalışıb. Bununla İran hər iki cinahdan – qurudan və dənizdən həmsərhəd olduğu, cəbhəyanı dövlətlər kimi baxdığı həm Azərbaycana, həm də Bəhreynə ismarış verməyə çalışır. Yəni, İran regionu təhdid edə bilər”.
Məqalədə sonda vurğulanıb ki, İran daxildə etirazlarla üzləşdiyi və ona daha yaxın olan ölkələrin təhlükə yarada biləcəyindən narahat olduğu bir vaxtda, İsrailin həm Bəhreyn, həm də Azərbaycanla əlaqələrini genişləndirməsindən getdikcə daha çox narahatdır, çünki mövcud vəziyyət rəsmi Tehranın adi rolunu dəyişir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya