Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Türkiyə Ali Məhkəməsinin Respublika Baş prokuroru Muhsin Şentürk Qars şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğunu ziyarət ediblər.
APA xəbər verir ki, bu barədə Qarsdakı Azərbaycan Baş Konsulluğunun sosial şəbəkə hesabında məlumat verilib.