«Köçəryan və Sarkisyanın “kozır”ı əllərindən alınır»
Banuçiçək Kalbalıyeva
15:54 08.06.2021
Siyasət
628
«Seçkilərdə Paşinyanın qalib gəlməsi Petrosyana daha çox sərf edir»
«Çünki vaxtı ilə “Qarabağ klanı”na qarşı mübarizəni məhz Petrosyan başlatmışdı»
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbəri olduğu “Erməni Milli Konqresi” partiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı proqramının təqdimatında çıxış edib. O, deyib ki, Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqi yoxdur və bundan çıxış etmək lazımdır. Petrosyanın sözlərinə görə, bütün siyasi partiyalar Ermənistanın Qarabağ münaqişəsində müttəfiqlərinin olmadığını başa düşə bilmirlər. Lakin insanlar yenə də Amerika, İran və ya başqası istiqamətində ümidlə baxmağa davam edirlər.
“Eyni səhvi təkrarlasaq, bütün dünya üçün ən acınacaqlı ölkəyə çevriləcəyik. Bunu istəyirik? Təəssüf ki, seçkilər ərəfəsində Ermənistanda nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəyən iki qütb yarandı. Hər iki tərəf nəhəng maliyyə, inzibati və kriminal resurslara malikdir və məqsədlərinə çatmaq üçün istənilən addımı atacaqlar. Bu vəziyyətin yaratdığı təhlükələrdən danışmaq istəmirəm”, - deyə Ter-Petrosyan vurğulayıb.
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov sabiq dövlət başçısının sözügedən bəyanatını “Sherg.az”a təhlil etdi:
“Siyasətçilər uduzmaqlarının səbəbini axtarırlar. Bildiyiniz kimi, Paşinyan dəfələrlə ittiham olundu. İndi müxtəlif bəhanalər axtarırlar. Petrosyan etiraf etdi ki, Ermənistan işğalçı qüvvədir. Kimin müttəfiqi olmaz? Əlbəttə, haqsızın. Bu, tarix boyu belə olub”.
Ə.İbrahimov, həmçinin keçmiş prezidentin sözlərinin siyasi motivinə də toxundu:
“Məlum olduğu kimi, “Qarabağ klanı”nın üzvləri əsas şüar kimi itirilmiş torpaqları qaytarmağı vəd edirlər. Oxşar açıqlamalar isə insanları revanşist meyillərdən çəkindirir və Köçəryanın, Sarkisyanın əlindəki “kozır”ı əllərindən alır. Məsələ ondan ibarətdir ki, seçkilərdə Paşinyanın qalib gəlməsi Petrosyana daha çox sərf edir. Çünki vaxtı ilə “Qarabağ klanı”na qarşı mübarizəni məhz Petrosyan başlatmışdı. Əlbəttə, Fransa, Rusiya Ermənistana yardım edirlər. Amma bu, situativ dəstəkdir. Onlar Qarabağ məsələsində Ermənistanın müttəfiqi deyillər. Kimsə haqsızı haqlı kimi qəbul edə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq