Kreml ssenarilərini bir-bir gözdən keçirir
Yusif Nəzərli
11:22 31.01.2023
Siyasət
442
Yaranmış vəziyyət Ermənistana ağır nəticələr vəd edir
Aİ missiyasının Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığını isbatlamaq üçün müşahidəçilərlə gərginlik yaradıla bilər
"Avropa İttifaqı (Aİ) missiyasının bəyan olunan mülki xarakteri Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində ümumi siyasəti çərçivəsində formalaşır. Gəlin hər şeyi öz adı ilə çağıraq. NATO Avropa İttifaqı adı altında müxtəlif dünya məsələlərində öz rolunu pərdələyir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi missiyası göndərməsi qərarı ilə bağlı verilən suala cavabında bildirib. O, Avropa İttifaqının missiyasında mülki ifadəsinə aldanmamağın vacib olduğunu söyləyib.
Zaxarova Aİ-nin müşahidə missiyası pərdəsi altında NATO hərbçilərinin olduğuna eyham vurub: “Avropa İttifaqının Ermənistanda möhkəmlənməsi cəhdləri, Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq cəhdləri ermənilərin və azərbaycanlıların köklü maraqlarına, regionun sülh yolu ilə inkişafına dair səylərinə zərər vurmağa qadirdir. Əminik ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas faktoru Rusiya sülhməramlı kontingenti və Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçiləridir”.
Mariya Zaxarova NATO-nun Aİ-nin iradəsini tamamilə iflic etdiyini deyib: "Avropa İttifaqı çoxdandır ki, siyasi təşkilata bənzəmir. Əslində böyük qardaş, başlıca tərəfdaş olan NATO Aİ-nin iradəsini tamamilə iflic edib”.
Siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, Rusiyanın Avropa İttifaqı missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı İrəvana göndərdiyi xəbərdarlıqda əsas diqqətçəkən məqam mesajın kifayət qədər hədələyici olmasıdır. Ekspert qeyd edib ki, bölgədə geosiyasi qarşıdurmanın yarana biləcəyi və mövcud münaqişələrin gərginləşəcəyi qeyd olunur:
"Rusiya sərhədçilərin proseslərin inkişafına uyğun Aİ müşahidəçilərinə reaksiya verəcəyi açıq şəkildə bildirilir. Bu, Moskvanın İrəvana qarşı ata biləcəyi mümkün addımları aktuallaşdırır və ssenarilərin üç istiqamətdə tətbiq edilə biləcəyi gözləntisini önə çıxarır. Ermənistan daxilində proseslərin inkişafı ssenariləşdirilə bilər. Rus sərhədçilərinin dayandığı İran və Türkiyə sərhədində qaçaqmalçılıq kimi insidentlərin intensiv baş verəcəyi istisna deyil. Bu kimi hallarla Moskva ermənilərə mövcudluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirəcək. Aİ missiyasının Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığını isbatlamaq üçün müşahidəçilərlə gərginlik yaradıla bilər".
Analitik bəyan edib ki, Moskvanın Aİ missiyası haqqında “mövcud münaqişələri daha da gərginləşdirəcək” xəbərdarlğı ilə Azərbaycanla sərhəddə baş verən toqquşmaları nəzərdə tutduğu istisna deyil:
"Erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər. Bu ssenarinin baş verməsi Ermənistan üçün ağır nəticələr vəd edir.
Bakının sərhədin delimitasiya üzrə mümkün praktiki addımlarına neytral mövqe sərgiləyə bilərlər. Qarabağda Azərbaycanın məcburetmə addımlarına şərait yarada bilər.
Erməni qoşunların çıxarılması istiqamətində müəyyən gedişlərin edilməsi ilə bundan həm üçtərəfli razılaşmanın icrasında irəliləyiş, həm də regional proseslərdə Bakının dəstəyini qazanmaq üçün istifadə edə bilər. Mövcud vəziyyətdə Moskva-İrəvan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək imkanı yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman