Liderlərin düşmənə “Xankəndi mesajı”: Qayıdacağımızla bağlı...
Banuçiçək Kalbalıyeva
10:30 18.06.2021
Siyasət
635
Hulusi Kılıç:“Xankəndi tarixi Azərbaycan torpaqlarıdır. Bu, onun adından da bəllidir”
“Oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, öz ölkələrinə getsinlər”
“Hərçənd Azərbaycan vətəndaşı olmaq sosial rifah baxımından onlar üçün daha faydalıdır”
Ermənistanda növbədənkənar parlament seçkilərinə cəmi iki gün qalıb. Ekspertlərin proqozları müxtəlifdir. Amma yekdil fikir var: seçkilərdən sonra regiondakı vəziyyət dəyişəcək. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, orada imzalanan bəyannamə və dünya ictimaiyyətinə çatdırılan mesajlar bunu deməyə əsas verir. Deməli, təkcə İrəvandakı seçkilərə yox, həm də Cənubi Qafqazın siyasi mənzərəsinin yenidən müəyyənləşməsinə sayılı günlər qalıb.
“Sherg.az” olaraq baş verən proseslərlə bağlı Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçla müzakirə apardıq:
- Ermənistandakı seçkilərin nəticələri barədə nə düşünürsünüz?
- Əlbəttə, proqnoz vermək çətindir. Amma ictimai rəydə nüfuzu olan və yeni reallığı dərk edən liderin hakmiyyətə gəlməsini istəyirik. O, torpaq iddialarından, qondarma erməni soyqırımı mifindən əl çəkməlidir. Belə olsa, Azərbaycan və Türkiyə ilə də münasibətlər normallaşar. Bizim xalqlarla düşmənliyimiz yoxdur. Sadəcə erməni siyasətçilərinin ağıllarını başlarına yığması kifayətdir ki, regionda sülh olsun.
- Seçkilərdən sonra Ermənistanın xarici siyasəti necə dəyişəcək?
- Bu, qalib gələn liderdən asılıdır. Dövlət başçıları ölkəni inkişaf etdirir və ya, əksinə, uçuruma aparır. Hər halda Ermənistan 11 yanvar bəyanatının şərtlərinə əməl etməlidir. Həmçinin İrəvan xaricdəki lobbinin təsirindən xilas olmalıdır. Təəssüf ki, indiyədək bu dövlətin normal xarici siyasətini görməmişik: ya terror ölkəsi olub, ya da lobbinin təsirinə düşüb.
- “Şuşa bəyannaməsi”ndə də əksini tapan Zəngəzur dəhlizinin açılmasına dair fikirləriniz nədir?
- Bu, region üçün çox vacibdir. 10 noyabr razılaşmasında da yer alan proses nəticəsində Azərycanla Türkiyə coğrafi baxımdan yaxınlaşacaq, türk dünyası arasında əlaqələr möhkəmlənəcək. Dəhlizin gec-tez açılacağına inanıram. Dediyim kimi, bu, regionun inkişafına xidmət edir.
- Bəs “Altılıq platforması”nın yaradılması nə qədər realdır?
- Rusiya faktoruna görə Gürcüstanın müəyyən qədər tərəddüdləri var. Ancaq Türkiyə prezidenti Ərdoğan Gürcüstan XİN rəhbəri ilə görüşdə ona vəziyyəti izah etdi. Ermənistan da müəyyən qədər destruktiv mövqe sərgiləyir. Buna baxmayaraq, bilməlidir ki, “Altılıq platforması” ən çox onun özünə fayda gətirəcək.
- İki qardaş ölkə liderləri Şuşada olarkən Xankəndiyə qayıdacağımızla bağlı da mesaj verdilər...
- Əlbəttə, Xankəndi tarixi Azərbaycan torpaqlarıdır. Bu, onun adından da bəllidir. Oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, öz ölkələrinə getsinlər. Hərçənd Azərbaycan vətəndaşı olmaq sosial rifah baxımından onlar üçün daha faydalıdır.
- Növbəti müharibə və ya anti-terror əməliyyatı gözlənilirmi?
- Savaşın başlanmasını istisna edirəm. Çünki Ermənistan ordusunun 80 faizi sıradan çıxıb. Xalq döyüşlərdən, itkilərdən bezib. İnsanlar üsyan edirlər. Lakin düşmənin hansısa təxribat cəhdinə adekvat cavab veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur