
Makron məntiqsiz danışır! – “Fransa münaqişənin həllinə kömək etməyib”
Yusif Nəzərli
09:33 14.10.2022
Siyasət
576
“Əksinə hər zaman ermənipərəst mövqe tutaraq açıq şəkildə tərəfkeşlik edib”
Fransa prezidenti Emanuel Makron Rusiya Federasiyasını “Qarabağ məsələsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etmək”də ittiham edib.
İttihamı cavablandıran Rusiya Prezidenti Vladimir Putin isə fransalı həmkarının Qarabağla bağlı açıqlamalarını “yanlış və qəbuledilməz” adlandırıb.
MDB Dövlət Başçıları sammitində çıxışı zamanı Rusiya lideri bildirib ki, dünən Fransa liderinin bəzi şərhlərini oxuyanda təəccüblənib:
“Hesab edirəm ki, onların münaqişənin gedişatından anlayışları yoxdur. Görünür, Makron tərəflərin mövqeyi barədə məlumatsızdır. Ona görə də, onlar (Fransa prezidentinin bəyanatları - red.) yanlış səslənib, hətta deyərdim ki, təhrif olunub, ona görə də qəbuledilməzdir. Fürsət olsa, biz bunu Fransa prezidenti ilə müzakirə edəcəyik. Rusiya həmişə istənilən münaqişəni, o cümlədən Qarabağ və onun ətrafındakı məsələləri səmimi şəkildə həll etməyə çalışıb”.

İki tərəfin də haqsız olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, bu ittihamla Minsk qrupunda olan Fransa özünü də günahlandırır:
“ Dağlıq Qarabağ münaqişəsini yaradan tərəf, həqiqətən də, Rusiyadır və bu məsələdən öz maraqları üçün istifadə edib. Lakin Makronun açıqlamaları da məqsədyönlü xarakter daşıyır. Çünki o bu açıqlamaları sülh istədiyi üçün yox, Cənubi Qafqaz uğrunda mübarizədə Kremllə rəqabətdə olduğu üçün verib. O bununla, Fransanın da Rusiya kimi pozucu qüvvə olduğunu etiraf etmiş olur. Əgər Moskva münaqişəni yaradıbsa, Paris də münaqişənin beynəlxalq hüquq çərçivəsindəki həllini 30 il ləngidib. Nəticədə də Azərbaycan ordusu bu problemləri həll etməli olub. Yəni ki, Makronun bu günkü açıqlamaları məntiqsizdir. Fransanın özü də münaqişənin həllinə kömək etməyib.Əksinə hər zaman ermənipərəst mövqe tutaraq açıq şəkildə tərəfkeşlik edib. Putinin cavabı isə müqavimət xarakteri daşıyır. Ona görə ki, Qərb və Fransa Moskvanı regiondan sıxışdırmağa çalışır və onlar arasında mübarizə gedir. Bu nəhənglər arasındakı mübarizə isə Ermənistan üçün ağır nəticələnəcək. Çünki böyüklərin savaşında kiçiklər hər zaman əzilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə