Mədəniyyət işçiləri əsgər getməlidir? - Sosioloqdan açıqlama
11:27 12.11.2024
Siyasət
437
"Mədəniyyət sahəsində çalışan bəzi şəxslər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır, bu həssas istiqamətdir. Bura xoreoqrafiya, balet, milli rəqs və incəsənətin digər həssas sahələrində çalışan insanlar aiddirlər".
Bu fikirləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O qeyd edib ki, bu kimi sahələrdə çalışan sənətçilərin hərbi mükəlləfiyyətə münasibətində qanunvericiliyin verdiyi imkanlar alternativ hərbi istiqamətlərinin təbliğ edilməsi və qanunvericilikdə bunun əsaslarının müəyyən edilməsi sahəsində işlər aparılır, işçi qrupu səviyyəsində mövzu müzakirə olunur.
"Təbii ki, burada dünya təcrübəsi nəzərə alınmaqdadır. Çünki elə sahələr var ki, biz gərək sənətçilərimizin cəlb edilməsi və qorunması məsələsini təmin edək. Çünki bu sənət sahələri həssas sahələridir. Bu sahənin adamlarının yaradıcılığının ortaya qoyulması böyük zaman tələb edir. Təbii ki, hər bir şəxsin hərbi xidmət keçmək borcudur, lakin bunun alternativ istiqamətləri də var və düşünürük ki, müvafiq qurumlar bu kateqoriyadan olan şəxslərin hərbi xidmətə çağırışının xüsusi əsaslarını müəyyən etmək üçün müzakirələr aparmalı və qanunvericiliyə müəyyən dəyişikliklər barədə təkliflər müzakirə olunmalıdır", - deyə nazir əlavə edib.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, Azərbaycanda mədəniyyət sahəsində çalışanların hərbi xidmətə cəlb edilməsi ilə bağlı fərqli addımları yerinə yetirmək tezdir:
“Milli Məclisdə hərbi xidmətin ödənişli vasitələrlə həyata keçirilməsi müzakirə olundu. Düşünürəm ki, gələcəkdə öz əksini tapandan sonra istifadə etmək olar. Bəzi xarici ölkələrdə bu cür qərar var. Lakin həmin qanun bizdə qüvvəyə minmədiyinə görə, bir söz demək çətindir. Əslində nazirin fikri vacib məqamdır. Çünki bu gün Azərbaycanda film və ya tamaşa çəkilirsə, orada iştirak edən aktyor hərbi xidmət yaşına çatan zaman prosesi yarımçıq qoyur və xidmətə yollanır. Bu bir layihənin yarımçıq qalması və gecikməsi deməkdir. Düşünürəm ki, hər bir vətəndaş hərbi xidmətə getməli, borcunu yerinə yetirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat