Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub - FOTO
Mehriban Əliyeva Səmərqənddə “Zamanın ilğımları” adlı sərgi ilə tanış olub - FOTO
Yusif Nəzərli
12:38 11.11.2022
Siyasət
597
Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə Ekspo Mərkəzində təşkil edilən “Zamanın ilğımları” adlı sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, fərqli dizaynla hazırlanan sərgidə insan üçün zamanın əhəmiyyəti və əsas həyat ölçülərindən biri olduğu xüsusi tərtibatla verilib. Sərgidə yer alan sərhədsiz qumluqlar sanki keçmiş günlərin sirlərini özündə saxlayır. Sərgi salonunun tavanı elə bir formada tərtib edilib ki, səmaya baxarkən insan özünü sanki ulduzların əhatəsində - qalaktikada hiss edir. Sərgidə ziyarətçilərə hadisələrin düzgün və dolğun çatdırılması üçün obrazları insanlar canlandırır. Burada yaxın sivilizasiyaların fraqmentləri, ustaların və sənətkarların əl işləri təqdim edilir.
Sərgi salonunu gəzərkən qaranlıqdan süzülən işıq tarixin bu ucsuz-bucaqsız azimutunda zamanın dayandığı yerdə həyat verən ilğım şəklində qarşımıza çıxır. Bura sanki yaradıcılar, rəssamlar, sənətkarlar və şairlər şəhəridir.
Pavilyonda nümayiş etdirilən fərqli və qədim zinət əşyaları, xüsusi işləmələr, parçalar və digər əşyalar sərgi ilə tanış olanlarda böyük maraq yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya