
Millət vəkili: Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluğu mühüm rol oynayır
09:37 14.02.2025
Siyasət
435
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi. Dövlətimizin başçısının sözügedən müsahibəsi həm də növbəti dəfə Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu.
Bu sözləri “Sherg.az” a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, ölkələr arasında əlaqələri yüksək qiymətləndirib:

“Bildiyiniz kimi, Azərbaycan həmişə Çinlə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Hazırda Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açıb”.
Deputat xatırladıb ki, bu yaxınlarda Azərbaycana səfər etmək istəyən Çin vətəndaşları viza almaq tələbindən azad edilib:
“Hazırda ölkəmizə gələn Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Dövlət başçımız müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Bu da turistlərin sayını artıracaq, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq".
S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına müsahibəsində bir çox məqamlara dair fikirlərini bölüşməklə yanaşı, ABŞ-də hakimiyyət dəyişikliyi kontekstində ölkəmizin Vaşinqtonla münasibətlərinin perspektivindən söz açıb:
“Dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirdi ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib. Təəssüflər olsun ki, Baydenin hakimiyyəti dövründə ABŞ-nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular. Reallıqları qiymətləndirmədilər, həmçinin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, təcavüzkar Ermənistanın yanında olduqlarını nümayiş etdirdilər. Son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı. Halbuki, Trampın bundan öncəki hakimiyyəti dövründə əlaqələrimiz çox uğurla inkişaf edirdi. Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.
Parlamentari onu da qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan ölkələrdən biridir:
“Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddət ərzində həmişə xalqımıza həqiqəti söyləyib. Azərbaycana rəhbərlik etdiyi dövrdə İlham Əliyev cənabları respublikamızı hər zaman uğurdan uğura aparıb, bütün sahələrdə inkişafa və yüksəlişə nail olub. Cənab İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsində iqtisadiyyatımızın 3 dəfədən çox artması, Azərbaycanın qlobal enerji təhlükəsizliyi məsələlərində aparıcı mövqelər əldə etməsi, beynəlxalq səviyyədə nüfuzunu artırması, regionun nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba daxil olması xalqımızın tarixi nailiyyətləridir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın tarixinə yazılan ən qürurverici hadisə isə torpaqlarımızın işğaldan azad edilməsidir. Torpaqlarımızı işğaldan azad etməklə, Qarabağda erməni separatçılığına son qoymaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də dövlətimizin ağrılı problemlərini həll etdi, xalqımızın ən böyük arzularını yerinə yetirdi.
Görülən işlərə nəzər salanda aydın şəkildə görürük ki, cənab Prezident İlham Əliyevin sözü və əməli birliyi xalqımıza Zəfərli və firavan həyat bəxş etdi. Əminik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonra da bütün hədəflərinə layiqincə çatacaq”.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə