Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir və iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur.
"Report" xəbər verir ki, bunu Rumıniya Senatının sədri Mirça Abrudean Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbirdə deyib.
"Rumıniya 2009-cu ilin sentyabr ayında Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsini imzamaqla ölkənin strateji əhəmiyyətini anlayan ilk Avropa İttifaqı (Aİ) dövləti olub", - o bildirib.
M. Abrudean Azərbaycan investisiyalarının rəqəmsal infrastruktur layihələri və "yaşıl enerji" də daxil olmaqla, Rumıniyanın enerji infrastrukturunda vacib yer tutduğunu, hər iki ölkənin çətinliklərlə dolu bir dünyada ortaq bir yol üzrə tərəfdaş olmasını qeyd edib.