Mixail Qaluzin: Rusiya Gürcüstanla əlaqələri inkişaf etdirmək istəyir

Rusiya Gürcüstanla qarşılıqlı faydalı əlaqələri inkişaf etdirmək niyyətindədir və rəsmi Tbilisin bu istiqamətdə atacağı addımların mühüm nəticələr verə biləcəyinə inanır.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, Qərbdə bu münasibətlərin Rusiya tərəfindən məcbur edilməsi barədə iddialarını rədd edib:

“Gürcüstan hakimiyyəti Rusiya ilə tammiqyaslı diplomatik əlaqələrin bərpa olunacağı təqdirdə hansı böyük nailiyyətlərin əldə edilə biləcəyi barədə dərindən düşünməlidir”.