Monqolustan hökumətinin başçısı Qombocavin Zandanşatar hakim Monqolustan Xalq Partiyasının (MXP) rəhbər şurasının qapalı iclasında istefa ərizəsi təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın baş katibi Yanqugin Sodbatar məlumat verib.
Onun sözlərinə görə, iclasda qlobal vəziyyət fonunda Monqolustandakı sosial-iqtisadi çətinliklər və parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı problemlər müzakirə olunub. İclas zamanı Baş nazir Qombocavin Zandanşatar öz təşəbbüsü ilə istefa ərizəsi təqdim edib.
İclas ölkənin Böyük Dövlət Xuralında (parlament) əsas müxalif Demokrat Partiyasının martın 19-dan etibarən iclaslarda iştirakdan imtina etməsi səbəbindən çağırılıb. Müxalifət parlament sədri Nyam-Osorin Uçralın həm də hökumətə rəhbərlik etməli olduğunu iddia edir.
Partiya katibi bildirib ki, MXP şurası istefa müraciətini qəbul edib və məsələ qanunvericiliyə uyğun şəkildə parlament fraksiyasında müzakirə olunacaq. Yekun qərarın isə parlament komitələri və plenar iclasda deputatlar tərəfindən veriləcəyi gözlənilir.