
Müharibələrin coğrafiyası genişlənəcək? - 2024-cü ildən GÖZLƏNTİLƏR
17:54 23.12.2023
Siyasət
716
Yaxın Şərqdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsinin gələn il də davam edəcəyi ehtimalı yüksəkdir
"2024-cü ilin mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərqdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsinin gələn il də davam edəcəyi ehtimalı yüksəkdir". Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, “Bloomberg” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyi yazılıb: "Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Agentliyin araşdırmasında münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr ölüm sayının artmasını da şərtləndirir.
Bu arada, ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin Seuldakı görüşü diqqət çəkib. Bu format bu ilin avqust ayında formalaşıb. 3 ölkənin lideri ilk dəfə Vaşinqtonda görüşmüş və geniş fikir mübadiləsi aparmışdılar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdiriblər. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı veriblər. Halbuki keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı".

Analitik qeyd edib ki, əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır: "Şimali Koreya raket sınaqlarını davam etdirməklə yanaşı qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu, Vaşinqtonu da narahat edir. Çünki Amerika Birləşmiş Ştatlarının həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq. Şimali Koreya raket sınaqlarıyla yanaşı kosmik fəzaya kəşfiyyat peykləri də göndərməyə başlayıb. Şimali Koreya həmin peyklər vasitəsilə ABŞ-nin bölgədəki hərbi bazalarını izləmək imkanı qazanıb. Digər təhlükə Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır. Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışırlar. Məsələn, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region