Nazir müavini: "Azərbaycan xilasediciləri var gücləri ilə çalışır ki, möcüzələr yaradaq"
Yusif Nəzərli
10:55 10.02.2023
Siyasət
390
"Azərbaycan xilasediciləri var gücləri ilə çalışırlar ki, möcüzələr yaratsınlar".
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində jurnalistlərə açıqlamasında deyib
"Bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə göndərdiyi humanitar yadım avtomobilləri qardaş ölkənin Kahramanmaraş şəhərinə artıq çatdı. Avtomobillərin içində çadırlar, çarpayılar, geneator və digər ləvazimatlar mövcuddur.
Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstəririlər. Artıq 5-ci gündür ki, axtarış-xilaetmə işləri həyata keçirilir. İndiyədədək xilasedicilərimiz tərəfindın 290-dan artıq meyit, 46 nəfər sağ olaraq dağıntılar altından çıxarılıb", - nazir müavini vurğulayıb.
O bildirib ki, hazırda Kahranmaraş şəhərində 12 fərqli nöqtədə xilasetmə işləri aparılır: "Həmin bu tədbirlər 3 növbəli sistem şəkildə həyat keçirilir. Türkiyə və Azərbaycan xalqı qardaşdır. Onların dərdi və kədəri bizim də dərdimiz, kədərimizdir. Xilasedicilərimiz var gücü ilə çalışır ki, möcüzələr yaradaq. Hazırda zamanla vuruşuruq. Zamanı biz qabaqlamaq istəyirik. Hər saat, hər dəqiqə uçqunlar altında qalan şəxslərin həyatı üçün təhülkəlidir. Hazırda hava soyuqdu. Hava şəraiti ilə bağlı çalışacağıq ki, işlərimizi daha da sürətləndirək. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün vuruşuq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olundu
16:35 24.09.2026
Gündəm
YAP-da ciddi struktur dəyişikliyi olacaq
16:23 24.09.2026
Siyasət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:21 24.09.2026
Ekologiya