
“Ölkədə barış mühiti formalaşdı”
Yusif Nəzərli
12:22 22.11.2022
Siyasət
468
“Siyasi partiyaların 44 günlük müharibədə birlik nümayiş etdirməsi xarici qüvvələrə tutarlı mesaj oldu”
“Bundan 3 il əvvəl Prezident İlham Əliyev konkret mövqeyini ortaya qoyaraq dedi ki, ölkədə bir sıra sahələrdə islahatlar aparıldığı kimi siyasi islahatların da həyata keçirilməsinə ehtiyac var”
Bunu “Sherg.az”a açıqlamasında Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Azərbaycanda siyasi partiyalarla bağlı aparılan islahatlardan danışarkən deyib.
O bildirib ki, partiyaların 44 günlük müharibədə birlik nümayiş etdirməsi xarici qüvvələrə tutarlı mesaj oldu:

“Son proseslər nəticəsində bir sıra siyasi partiyalar qərargahlarla təmin edildi və qurultaylarını keçirə bildilər. Digər tərəfdən uzun illərdir, təkrar qeydiyyatdan keçməklə bağlı problemlər var idi. Bu problem həll olundu. Ən əsası da ölkədə barış mühiti formalaşdı.
Xüsusən də 44 günlük müharibə və ondan sonrakı dönəmdə bu daha qabarıq göründü. Siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi təşkilatlar bir araya gəldilər və birlik nümayiş etdirdilər.
Bu həm xarici düşmənlərə, həm də ictimaiyyətə bir mesaj idi ki, Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə siyasi partiyalar həmfikir ola bilirlər.
Milli İstiqlal Partiyası olaraq biz də hər zaman qeyd etmişik ki, dövlət və milli maraqlar olan yerdə, siyasi maraqlar arxa plana keçir.
Bu prinsipimizə illərdir sadiqik və bundan sonra da mövqeyimiz dəyişməz qalacaq.
Təşkilat sədrinin sözlərinə görə Azərbaycanda fəaliyyət göstərən partiyalar arasında normal münasibətin yaranması, hakim partiya və dövlət institutları ilə əlaqələrin formalaşması ölkənin demokratik təsisatlarının inkişafına dəstək verəcək amildir:
“Bu baxımdan siyasi sferadakı islahatların davamlı olmamasını vacib hesab edirəm.
Bizim bu məsələ ilə bağlı təkliflərimiz var. Bunlar proporsianal seçki sisteminin bərpa olunması, parlamentin say tərkibinin artırılmasıdır. Bundan başqa, yerli icra strukturlarının ləğvi, idarəetmədə bələdiyyələrə daha çox üstünlüyün verilməsi, partiyalaşma institutunun demokratik təchizatlarının yenilənməsini vacib hesab edirik.
Düşünürəm ki, bu təkliflər həyata keçirilməli və siyasi partiyaların ölkənin siyasi mühitinə təsir imkanı formalaşmalıdır ki, alternativ fikir olsun.
Alternativ fikir olan cəmiyyətlərdə isə daha çox inkişaf olur. Bu inkişaf üzərimizə gələn xarici qüvvələrin qarşısında dayanmağa dəstək verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya