
Ölkəmizin etibarlı tərəfdaş olması bütün diqqətlərin regionumuza fokuslanmasına səbəb olub -ANALİZ
11:45 22.01.2025
Siyasət
375
Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.
Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur.
Məlumat üçün bildirək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.
O, 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir və bu, səbəbsiz deyil. Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır.
Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verib.
Bu uğurun nəticəsidir ki, Azərbaycan 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul etdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdilər.
Milli Məclisin deputatı Aydın Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycanın coğrafi baxımdan şərqlə qərbin, şimalla cənubun kəsişmə nöqtəsində olması ölkəmizin tranzit və logistik imkanlarını getdikcə artırır:

"Tarixi İpək yolunun üzərində yerləşməsi Azərbaycana həm də müxtəlif fəaliyyət planları hazırlamağa, yeni layihələr həyata keçirməyə sövq edir. Qərblə şərqin iqtisadi əlaqələrini tənzimləyən tranzit xətlər son illərin hadisələri səbəbindən yaşanan gərginlik, baş verən hərbi toqquşmalar səbəbindən demək olar ki, iflic olub. Belə bir şərtlər daxilində əlaqələrin davamını təmin etmək üçün İpək yolu üzərində olan ölkələr alternativ yollar axtarışında Azərbaycanın imkanlarını da dəyərləndiriblər. Ölkəmizin tranzit və nəqliyyat-logistik imkanları, etibarlı tərəfdaş olması bütün diqqətlərin regionumuza fokuslanmasına səbəb olub”.
Deputat qeyd edib ki, Davosda Prezident İlham Əliyevlə qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimın görüşü də ölkəmizin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanların müzakirəsi üçün baş tutub:
“Bu gün dünya ticarətində aktiv iştirak edən beynəlxalq yükdaşıma şirkətləri sanksiyaların təsirinə düşməmək üçün alternativ yollar axtarırlar. Rusiya və İran ərazisi sanksiyalar səbəbindən keçilməzdir. Azərbaycan isə ən unikal imkanlar vəd edir. Ötən ilin aprel ayında Cənub Transxəzər marşrutu ilə Çinin Sian şəhərindən ilk konteyner qatarı Avropaya yola düşüb. Yük Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Mannheymə (Almaniya) göndərilib. Ölkəmiz Transxəzər marşrutuna daxil olan ölkələrlə iqtisadi əlaqələrini genişləndirib. Orta Dəhlizin digər iştirakçıları ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. İmkanları ilə Şərqlə Qərbi daha sıx birləşdirəcək Zəngəzur dəhlizi Azərbaycanın nüfuzunu bir daha yüksəldəcək. Azərbaycan inkişaf kursuna və əməkdaşlıq formatlarının rəngarəngliyinə görə çox fərqlənir və sülhsevər, sivil, dinc yanaşı yaşama fəlsəfəsini nəzərə alan və davamlı inkişaf edən ölkədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət