Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib
Ombudsman Aparatı və MSK Masallıda seçki hüquqları ilə bağlı tədbir keçirib
11:33 24.01.2024
Siyasət
642
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparat rəhbəri və Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Masallı rayonunda seçki hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçiriblər.
"Report"un məlumatına görə, “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı vətəndaşların seçki hüququnun təmini və müdafiəsi istiqamətində təsisat tərəfindən müvafiq işlərin görüldüyünü, MSK ilə birgə Bakı şəhəri və regionlarda birgə silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.
A.Səfixanlı Ombudsman təsisatının seçki prosesi zamanı müşahidəçilik təcrübəsi barədə məlumat verib.
Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev bu dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə müfəssəl məlumat verib. O, ilk dəfə olaraq MSK tərəfindən hazırlanan “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçasının əhəmiyyətinə toxunub.
Mərkəzi Seçki Komissiyasının əməkdaşı Cavid Zeynalov görülən tədbirlərdən bəhs edərək, xüsusilə də seçicilər üçün “ASAN növbə” terminallarında “Seçici statusunu yoxla” adlı funksional bölmənin əlavə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, bölmə vasitəsilə vətəndaşlar adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.
Sonda dəyirmi masa iştirakçıları fikir və təcrübələrini bölüşüb, eləcə də onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm