Pakistan Türkiyə və Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.
APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycanın hədəfə alınması beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
Bəyanatda Pakistanın Türkiyə və Azərbaycanla güclü həmrəyliyini bir daha təsdiqlədiyi vurğulanıb.
Eyni zamanda regional sülh və sabitliyin qorunması üçün tərəflər təmkinli olmağa, dialoq və diplomatiyaya üstünlük verməyə çağırılıb.