
Parlamentari: Baydenin dövründə Azərbaycan-ABŞ münasibətləri ən pis dövrünə qədəm qoydu
12:04 23.01.2025
Siyasət
563
Hesab edirik ki, Sorosun çətiri altında olan demokratlardan fərqli olaraq Tramp iqtidarı bu prosesdə fərqli davranacaq
Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib.
Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a bildirib ki, Azərbaycan və ABŞ arasında beynəlxalq təhlükəsizlik, terrorizmlə mübarizə və enerji təhlükəsizliyi sahəsində çox ciddi əməkdaşlıq tarixi mövcuddur:

"Ötən dövr ərzində Azərbaycan və ABŞ tərəfdaşlığı dünyanın bir çox bölgələrində təhlükəsizlik qarantlarından biri kimi çıxış etmişdir. Lakin Demokratların son iqtidarı - Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətləri öz tarixinin ən pis dövrünə qədəm qoydu. Ölkəmiz davamlı şəkildə Vaşinqtonun qərəz və böhtan kampaniyası ilə üz-üzə qalıb. Həmçinin dövlətimizin iqtisadi-siyasi qüdrətinin, müdafiə qabiliyyətinin azaldılmasına yönəli çoxşaxəli təxribatçı davranışlara şahidlik etdik. Möhtərəm cənab Prezidentin bu il yanvarın 7-də yerli televiziyalara verdiyi müsahibəsində səsləndirdiyi kimi, ABŞ Bayden administrasiyası dövründə bir qayda olaraq Azərbaycanla münasibətlərinə Ermənistan prizmasından, eyni zamanda ABŞ-Ermənistan münasibətlərinə isə Azərbaycan prizmasından baxaraq qeyri-adekvat xarici siyasət kursu həyata keçirib. Nəticə isə ilk növbədə elə ABŞ üçün ürəkaçan olmadı. Vaşinqton Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində proses başda olmaqla, bir çox məsələlərdən kənarda qalmalı oldu və Cənubi Qafqazda ciddi maraq itkisi ilə üzləşdi. Cənab Prezidentin yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə qeyd etdiyi fikirlər də məhz bu situasiyanın şərhi idi. Bu tip davranışlar əslində Bayden administrasiyasının etibarsız tərəfdaş olmasının təzahürü idi".
Deputat əlavə edib ki, dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan ABŞ ilə birlikdə beynəlxalq təhlükəsizlik tədbirlərinin İraqda və Əfqanıstanda iştirakçısı olan zaman 907-ci düzəlişin qüvvəsini dayandıran Demokratlar həmin bölgələr üzrə fəaliyyətlərini dayandırdıqdan sonra Azərbaycanla da nankorcasına tərəfdaşlığa yenidən baxıb və bugünkü uğursuz konfiqurasiyanın formalaşmasına səbəb olublar:
"Bu mənada, Bakının yenidən hakimiyyətə qayıtmış Trampın administrasiyasından gözləntiləri böyükdür. Təbii ki, Azərbaycan üçün hansısa beynəlxalq subyektin patronajlığına ehtiyac yoxdur. Biz beynəlxalq hüququn ümumtanınmış prinsiplərinin rəhbər tutulduğu və milli maraqların uzalşadırıldığı bir münasibətin qurulmasında maraqlıyıq. Eyni zamanda hesab edirik ki, Sorosun çətiri altında olan demokratlardan fərqli olaraq Tramp iqtidarı bu prosesdə fərqli davranacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət