
Paşinyan bilir: “Putinlə Ərdoğan birgə hərəkət etməyə razılaşdılar”
Yusif Nəzərli
12:28 07.10.2021
Siyasət
467
“Soçidə Ərdoğanla Putin regionla bağlı razılaşıblarsa, bu, Ermənistanı bizim istədiyimiz sülh sazişinə doğru itələyir”
“Azərbaycan prezidentini isə sərhədlərin delimitasiyası və sülh sazişinə aparan yol daha çox maraqlandırır”
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ölkənin inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Telefon söhbəti zamanı bölgədəki vəziyyət müzakirə edilib.
Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da rusiyalı həmkarı arasında telefon danışığı olub. TASS-ın məlumatına görə, prezidentlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.
Məlumata görə, Türkiyə Prezidenti rusiyalı həmkarını anadan olmasının 69-cu ildönümü münasibətilə də təbrik edib.

Danışıqları “Sherg.az”a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, yaxın günlərdə Moskvada Putin-Paşinyan görüşü keçiriləcək. Əslində bu görüş Soçidə Ərdoğan-Putin razılaşmasının Ermənistana izah edilməsidir:
“Paşinyan bilir ki, Putinlə Ərdoğan həm yaxın Şərq, həm də Cənubi Qafqaz regionunda birgə hərəkət etməyə razılaşdılar. Təbii ki, müəyyən fikir ayrılığı olsa belə, anlaşma əldə edildi. Ərdoğan Soçi görüşündən sonra “Altılıq platforması”nın həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Fikrimcə, Türkiyə və Rusiya liderlərinin də istəyi odur ki, Ermənistanı Zəngəzur dəhlizinin açılması və “Altılıq platforması”na qoşulması barədə razı salsınlar. Rusiyanın bu məsələdə maraqlı olma səbəbi isə budur ki, Zəngəzur dəhlizi bizim üçün önəmlidirsə, kommunikasiyaların açılması da Kremlə sərf edir. Düşünürəm ki, yaxın günlərdə baş tutacaq Putin-Paşinyan görüşündə bu məsələ gündəmə gətiriləcək. Belə bir görüşdən öncə ad günü münasibəti ilə olsa belə Əliyevlə Ərdoğanın rusiyalı həmkarı ilə telefonda danışıb regionu müzakirə etməsi gündəmdə olan məsələləri yenidən dəqiqləşdirmək məqsədi daşıya bilər. Təbii ki, Putinlə İlham Əliyev regionu müzakirə edirsə, söhbət üçtərəfli razılaşmaların icrası, kommunikasiyaların açılmasından gedir. Soçidə Ərdoğanla Putin regionla bağlı razılaşıblarsa, bu, Ermənistanı bizim istədiyimiz sülh sazişinə doğru itələyir”.
A.Nərimanlının sözlərinə görə, ölkə başçısını sərhədlərin delimitasiyası və sülh sazişinə aparan yol daha çox maraqlandırır:
“Prezident son müsahibələrinin birində erməni qoşunlarının ərazilərmizdən çıxarılması məsələsinə toxunmuşdu. Fikrimcə, bu fikir müharibədən sonra dövlət başçısı tərəfindən ilk dəfə açıq formada səsləndirildi. İndiyə qədər 10 noyabr razılaşmasının bəndlərinin icrasından danışırdıqsa, Prezident bu dəfə erməni qoşunlarının tamamilə çıxarılmasını vurğuladı. Rəsmi Bakının əsas şərtlərindən biri budur. Hesab edirəm ki, telefon danışığında məhz bu məsələdən də bəhs edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya