Paşinyan indi də "casus ovu"na çıxıb
Yusif Nəzərli
13:38 15.02.2022
Siyasət
561
Bunun arxasında post-münaqişə dövründəki məğlubiyyətlərini əsaslandırmaq cəhdləri dayanır
“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana siyasi, diplomatik və hərbi cəbhədə ard-arda məğlub olmasının “səbəblərini” izah etmək üçün “casus ovu”na çıxıb”.
Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir çox erməni zabitinin sosial şəbəkələrdə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınması ehtimalı ilə 19 nəfəri saxlayıb: “İddialara əsasən, həmin zabitlərin bir qismi Azərbaycana “işləyirmiş”. Ermənistanın bulanıq suda balıq tutmasının arxasında post-münaqişə dövründəki məğlubiyyətlərini əsaslandırmaq cəhdləri dayanır. Ermənistanın məğlubiyyət pillələrində “uğurla” irəliləməsi Paşinyan administrasiyasında və erməni cəmiyyətində çaşqınlıq sindromunu gücləndirir. Məğlubiyyət şüuru həmişə xain axtarışları üçün bəhanə yaradan amilə çevrilir.
Üstəgəl, Ermənistandakı “casus ovu” Paşinyanın gələcək üçün yeni güzəşt aktlarına imza atmasının anonsu kimi də dəyərləndirilə bilər. Yəni Paşinyan axarı hakimiyyətini qorumaq və etibar qazanmaq üçün öz maraqları səmtinə çevirir”.
A.Kərimovun fikrincə, ittihamlarda göstərilir ki, erməni hərbçilər qoşunların dislokasiyası, hərbi texnikaların sayı və növləri haqqında “qarşı tərəfə” məlumatlar ötürüb: “Azərbaycanın belə “məlumatlara” ehtiyacı yoxdur. Azərbaycan öz texniki və hərbi vasitələri ilə Ermənistan ordusunun hərəkət trayektoriyasını, silahlarını, hətta Ermənistana verilən silahlar haqqında məlumatlara malikdir. Ermənistan postmünaqişə dövründə Azərbaycanın sərhədə çıxışını əngəlləmək üçün bir sıra hərbi təxribata əl atdı.
Post-konflikt dövrünün ən güclü hərbi toqquşması 2021-ci ilin noyabr ayında Laçın və Kəlbəcər istiqamətində oldu. Nəticədə Azərbaycan təxribatlara cavab olaraq daha böyük strateji əhəmiyyətə malik nöqtələrdə möhkəmləndi. İndi Paşinyan hökuməti çıxılmaz vəziyyətdə qalaraq Zəngəzur dəhlizinin açılması prosesini icra etməyə məcburdur.
Amma normallaşma prosesinə qarşı çıxan revanşist qüvvələrin müqavimətini qırmaq və iradəsini sındırmaq Paşinyanın ölkədaxili məsuliyyəti kimi onun çiyninə yüklənir. Paşinyan bu məsuliyyətin öhdəsindən gəlməyi bacarmasa, yeni zərbələrə məruz qalacaq. Azərbaycan tərəfindən bu cür senarilərə qarşı həyata keçirəcəyi addımların miqyas və xarakteri haqqında geniş danışmağa dəyməz.
İndi Paşinyan nə edir, hansı tədbir görür, cəmiyyəti hansı hadisələrə hazırlayır - özü bilər. Ancaq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa məhkumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm